Kosa – Kos-kosa oyununun və Novruz bayramının qəhrəmanı. Üzündə tük bitməyən və ya çox seyrək tük olan adama kosa deyərlər
Kosa | |
---|---|
| |
Yaranması | İbrahim peyğəmbərin dövrü |
Xüsusiyyətləri | tək göz, türk bitməyən və ya seyrək tük bitən üz, çəlimsizlik |
Vasitələri | üzlük (maska), uzun papaq, tərs geyilmiş kürk, zınqırov, fallusa bənzədilmiş sümük |
Əlaqələri |
|
Simvolizə etdiyi anlayışlar |
|
Əvvəllər yaz girəndə köhnə ilin çıxıb, təzə ilin gəlməsini simvolizə etmək üçün qoca Kosa istifadə edilərdi. Qoca Kosanın bir gözlü olması onun o biri dünya ilə olan bağlılığından xəbər verərdi. Cənubi Azərbaycanda kosa oyununa "Ağ Kosa, Qara Kosa" deyilər və bu adətin İbrahim peyğəmbərə qədər gedib çıxdığı hesab edilərdi. Həmədanda isə Kosanın bərəkət gətirməsi inancı mövcuddur.[1]
Ehtimal edilir ki, Günəşin övladları olan Duman, Bulud və Qışın birləşməsindən Kosa obrazı yaranmışdır.[2]
Kos-kosa oyunu qışın ölümü, yazın başlanğıcını gülünc bir şəkildə təsvir edir. Bu oyunu məhəllə uşaqları evlərinin qabağında oynayaraq pul və ərzaq toplayarlar. Rəqs etməyi bacaran bir uşağa tərs çevrilmiş kürk geyindirərlər. Üzünə kağızdan düzəldilmiş üzlük (maska) taxar, başına uzun papaq taxıb Kosa edərlər. Kosanı məhəllədə gəzdirib, mahnı oxuyaraq onu oynadarlar. Araşdırmaçılar Kosa paltarında şaman geyimi simvolları olduğunu fikirləşirlər.[3]
Kosanın üzlüyü (maskası) Təbiət ruhuna olan bağlılığı bildirir, kürkü tərsinə geyinməsində də müqəddəslik mənası vardır. Çirkin və çəlimsiz olması ətrafdakı insanları güldürmək üçün deyil, Kosanın gizli dünya, şər məkan ilə əlaqəsi kimi izah edilə bilər. Kosanın belinə zınqırovlu kəmər bağlaması, üstəlik boynundan zınqırov asması mifoloji aspektdə ritual mahiyyətli oyun kimi fallik məzmun daşıdığına işarə olaraq başa düşülür.[3]
Azərbaycanda Kos-kosa oyununun bir çox versiyası yayılmışdır. Kosanın sümüyə bez parçası dolayaraq fallus (kişi cinsiyyət orqanının incəsənətdəki adı) şəklinə gətirməsi və bu mövzudakı mətnlərdə rast gəlinən məlumatlar oyunun fallik tipli olmasını göstərir. Bu da oyunun bərəkət və bolluq mövzusundan qaynaqlandığını göstərir. Kosa rolunu oynayanın oğlunun olması isə Umay Anadan övlad istəməklə funksional olaraq oxşarlıq təşkil edir[3]
Müasir dövrdə Kosa Keçəl ilə birlikdə Novruz bayramının əsas personajıdır.[4] Kosa qışı, Keçəl isə yazı simvolizə edir.[5] Keçəl Kosadan payını ala bilmədikdə onu yuxuya verir. Bundan sonra keçi vasitəsilə camaatdan pay yığır.[6]