Stip-Poynt burnu (ing. Steep Point) — Avstraliya materikinin ucqar qərb nöqtəsi
Stip-Poynt burnu | |
---|---|
Yerləşməsi | |
26°09′05″ c. e. 113°09′18″ ş. u.HGYO | |
Akvatoriya | Hind okeanı, Sakit okean |
Ölkə | Avstraliya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Stip-Poynt burnu İdel-Lend yarımadasında yerləşir. Burunda Ümumdünya irsi olan Şark-Bey yerləşir. İnzibati cəhətdən Avstraliyanın Qərbi Avstraliya ərazisində yerləşir. Pert şəhərindən 1000 km şimal-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqəsi 50 cənub-qərbə yerləşən Denemdir. Denem Peron yarımadasında yerləşir. Burundan simalda Derk-Harton adası yerləşir. Burunun sahillərini Hind okeanının suları yuyur.
Sahilləri sıldırımlıdır. Hündürlüyü 200 metrə çatır.
Burunu ilk gərən avropalı hollandiyalı səyatətçi Vilhem Flaminq olmuşdur. 1697-ci ildə burnu aşkarlayarkən onu «Steyle Hock» (Holland dilində «sıldırımlı burun» adlanır) olaraq adlandırmışdır.[1]. 1801-ci ildə fransız səyshətçisi Lui de Fresine burnu Point Escarpee olaraq adlandırır. 1822-ci ildə isə Filip Kinq burnun əvvəlki adın ingilisçə varinantını işlətmişdir (Steep Point)[2].
Hazırda burun əsas balıq ovu yeri kimi istifadə edilir.