Demmin (alm. Demmin) - Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətində yerləşən şəhər. Əhalisi 11 min nəfərdir.
Demmin | |
---|---|
Demmin | |
53°54′18″ şm. e. 13°02′38″ ş. u.HGYO | |
Ölkə | Almaniya |
Region | Meklenburq-Ön Pomeraniya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XIII əsr |
Sahəsi | 80.653 km² |
Mərkəzin hündürlüyü | 8 m |
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 11.890 nəfər (2015) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +49 3998 |
Poçt indeksi | 17109 |
Nəqliyyat kodları | MSE, AT, DM, MC, MST, MÜR, NZ, RM, WRN |
Digər | |
demmin.de (alm.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Demmin şəhəri Pin, Tuluz və Trabel çaylarının qovuşduğu yer olan Qərbi Pomeranya ovasında yerləşməkdədir. Kummeroş gölü və Ştetn körfəzindən kiçik gəmilərlə Pin çayından istifadə etməklə Demmin şəhərinə gəlmək mümkündür. Çayboyu ərazilərdə üzü şəhərə tərəf gələn kiçik velosiped çığırlarıda mövcuddur. Tuluz və Trabel çaylarınını qovuşduğu ərazi Axarsu torpaqları olaraq adlanır və turistlər tərəfindən tez-tez ziyarət edilən ərazilərdəndir.[1]
Şəhərin şimal hissəsində Drosdou və Volderforst meşələri yerləşir. Volderforst meşəsinin sahəsi 174 hektardır. 103 hektar ərazisi olan Kronvald Dövlət Qoruğuda şəhərin şimal hissəsində yerləşməkdədir. Pin çayının sol sahilində Devener Holz meşəlikləri, sağ sahilində isə Vorwerk Switzerland ərazisi yerləşməkdədir.
Demmin sözünün etimologiyası ilə bağlı müxtəlif versiyalar mövcuddur. Adın slavyan dillərində işlədilən timänie sözündən yarandığı təxmin olunur ki, bu sözün tərcüməsi bataqlıq ərazisi deməkdir. Bir digər versiya qədim Polop dilində işlədilmiş dym sözüdür. Dym tüstü mənasını verir ki, bu da ərazidə məskunlaşdırılma işlərinin aparılması üçün meşəlik ərazinin yandırıldığına işarə edir.
1075-ci ildə Bremenli Adamın Dimine qalası yaxınlığındakı döyüş barəsində məlumat vermişdir. Bu məlumat ərazinin XI əsrdə indiki adına bənzər bir adla adlandırıldığını göstərir. Müxtəlif vaxtlarda ad dəyişikliyinə məruz qalan Demmin almand dilli mənbələrdə daha çox Dymine və Dimin formasında, latın dilli mənbələrdə isə Dyminium və Demmyn formasında xatırlanmışdır. 1320-ci ildən etibarən şəhərin müasir adı olan Demmin kimi göstərildiyi məlumdur.
Demmin adı ilə bağlı geniş yayılmış, ancaq heç bir tarixi əsası olmayan bir digər fikirə əsasən iki şahzadə Haus Demmin adlı qalanın inşası üçün bir-birlərinə söz vermişdir. Alman dilində olan (alm. Dat Hus is din und min) - Bu qala sizin (din) və mənimdir (min) frazasında olan din və min birləşmələri zamanla Demmin formasına düşmüşdür.[2][3][4][5][6][7]
Hanza ittifaqına daxil olmayan Demmin, ittifaqa daxil olan şəhərlərdən fərqli olaraq kənd təsərrüfatını inkişaf etdirməyə önəm verirdi. Otuzillik müharibə dövründə şəhər 1627-1630-cu illər aralığında imperiyal güclər tərəfindən işğal olunmuşdur.[8]
Veymar Respublikası dövründə Demmin, millətçi təşkilatlar DNVP və Stahlhelm'in əsas mərkəzlərindən hesab olunurdu. 1938-ci ilin 11 noyabr tarixində antisemitizm ruhlu mitinqlər şəhərin mərkəzi meydanında təşkil olnumuşdur.[9] 1933-cü ilin 5 martında keçirilmiş Almaniya daxili sonuncu azad seçki kompaniyası zamanı Nasional Sosialist Alman Fəhlə Partiyası səslərin 53.7% qazanınmışdır.[10]
İkinci dünya müharibəsi zamanı rus və polyak müharibə əsirləri ilə yanaşı Fransa və Belçikadan olan əsirlərdə şəhərin müxtəlif ərazilərində işlədilmişdir. Müharibənin sonlarına yaxın şəhərdən geri çəkilən alman birlikləri Peene çayı üzərində yerləşən körpüləri partlatmışdır. Sovet ordusu 1945-ci ilin 30 aprel tarixində Demmin şəhərinə çatdı.
Həmin gecə və növbəti günün axşamı Demmin və Greifswald kimi qonşu şəhərlərin əhaliləri müqavimət göstərmədən sovet birliklərinə təslim oldular. Sovet ordusunun şəhərə yaxınlaşması xəbəri yerli əhalinin təşvişinə səbəb oldu. Yerli əhali sovet ordularının işğal etdikləri ərazilərdə kütləvi talan və qətliamlar törətdiklərinə inanırdılar və təbliğatda bu istiqamətdə aparılmışdı. Min nəfərə yaxın Demmin sakini sovet ordusnun əlinə düşməmək üçün intihar etmişdir. Bu hadisə tarix ədəbiyyatlarında Demmində kütləvi intihar adlı ilə xatırlanır.[11]