Demmində kütləvi intihar

Demmin şimal və qərbdən Pin, cənub tərəfdən isə Tuluz çayı ilə əhatlənmişdir. Sovet ordusunun şəhərə girişini ləngitmək üçün əsas körpülər Vermaxt tərəfindən partladılmışdır. Sovet ordusu şərq istiqamətindən şəhərə daxil olmuşdur.

Demmində kütləvi intihar (alm. Massensuizid in Demmin‎; ing. Mass suicide in Demmin) - 1945-ci ilin 1 may tarixində Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətində yerləşən Demmin şəhərində baş vermiş kütləvi intihar hadisəsi.

Üçüncü Reyx tərəfindən Sovet ordusuna qarşı aparılan propaqandadan təsirlənən şəhər sakinləri sovet əsgərlərinin şəhərə yaxınlaşması ilə bağlı xəbərləri aldıqdan sonra, sağ ələ keçməməkləri üçün özlərini öldürmüşdür. Kütləvi intihar nəticəsində mindən çox şəhər sakinin bir necə saat ərzində canına qəsd etdiyi ehtimal olunur.

İntihar göstəriciləri

[redaktə | mənbəni redaktə et]