Dengizkul (özb. Dengizko‘l, Денгизкўл — «Dəniz-göl») — azca şor suya malik göl. Göl Özbəkistan ərazisində reyləşir. Ərazisi dövlət təbiət yasaqlığı elan edilmişdir. Ramsar konvensiyasına daxil edilmiş su-bataqlıq ərazisidir. Burada köçəri quşların yaşaması ilə əlaqədar beynəlxalq əhəmiyyət daşıyır.
Dengizkul gölü | |
---|---|
özb. Dengizko‘l | |
Ümumi məlumatlar | |
Eni | 9 km |
Uzunluğu | 43,3 km |
Sahəsi | 267 km² |
Dərin yeri | 1,5 m |
Tökülən çay | Taykır |
Yerləşməsi | |
39°05′00″ şm. e. 64°11′00″ ş. u.HGYO | |
Ölkə | Özbəkistan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dengizkul gölü Buxara vilayətinin Altay tümənliyinə daxildir. Türkmənistan sərhəddindən bir qədər aralıda yerləşir. Tektonik çökəklikdə dəniz səviyyəsindən 181,5 metr yüksəklikdə yerləşir.
Su tutarının sahilləri daimi deyildir. 1987-ci ilə olan məlumata görə gölün uzunluğu 43,3 km, eni isə ən enli yerdə 9 km təşkil edir. Gölün ən ensiz yeri cəmi 22 metr təşkil edir. Gölün sahəsi 267 km², su tutumu isə 2,7 km³-dir. Gölün maksilal dərinliyi 1,5 metr təşkil edir.
Dengizkul gölü əsasən bir becə kollektorun qidalandırıcı suyu ilə öz səviyyyəsini qoruyur. Üstəlik suvarılan tarlalardan gələn su gölün mövcudluğunu mümkün edir. Gursululuq dövründə gölə Zərəfşan çayının qolu olan Тaykır tökülür.
Gölün suyu kifayyət qədər duzludur. Bununla belə onun suyundan təbabətdə istifadə edilir. Gölün dibinə xörək duzu toplanmışdır[1]. Bu səbəbdən ondan məyişətdə istifadə etmək mümkündür.
Dengizkul gölü hələ tarixi orta əsrlərdən xatırlanılır. X əsrdə ərəb coğrafiyaçısı tərəfindən təsvir edilmiş vı Bahr uı-Buxaro — «Buxara dənizi» olaraq adlandırılmışdır. Onun müasiri Məhəmməd Narşahi yazırdı: göl 20 fərsəng uzunluğa malikdir (140—160 kilometrdir).
1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində göldə səviyyə fərqi yüksək idi. Belə ki, 40–60 km² su tutumu olarkən 25—30 santımetr, 80–100 km² sututumu olarkən isə 1—1,5 meyr dərinliyə malik oludu. 1970—80-ci illərdı ıtraf ərazilərin pambıqçılığa cəlb olunması ilə əlaqədar gölü sahəsində sıxna suların hesabına artım müşahidə edilirdi.
Gölün səthində hazlrda belə qutan, kiçik qarabadtaq, Adi ərsindimdik və s. görmək mümkündür. Qışda göldə 5000 baş göydimdik ördəklər müvəqqəti də olsa belə yaşayır. Hansı ki, bu canlılar məhv olma astanasındadır və xüsusi ilə qorunur[2].
1973-cü ildən gölün ornitoloji əhəmiyyəti ilə ıəlaqədar olaraq onun ətraf əraziləri ilə birlikdə dövlət təbiət yasaqlığı elan edilmişdir. 2001 ildə göl əvəzsiz və beynəlxalq əhəmiyyət daşıyan su-vataqlıq obyekti kimi Ramsar konvensiyasına daxil edilmişdir[2][3].