Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[1][2][…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru.
Desi Trayan | |
---|---|
lat. Decius | |
| |
sentyabr 249 – iyun 251 | |
Sonrakı | Trebonian Qall |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 201[1][2][…] |
Vəfat tarixi | 1 iyul 251 |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | siyasətçi |
Dini | Qədim Romada din |
Vikianbarda əlaqəli mediafayllar |
Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur.
Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.