Devid Akselrod (22 fevral 1955[1][2], Aşağı İst-Sayd[d], Nyu-York ştatı) — 2006–2008-ci illərdə ABŞ-də prezident seçkiləri zamanı Barak Obamanın seçkiqabağı təbliğat Qərargahının baş strateqi olmuşdur. 2009-cu ilin yanvar ayından 2011-ci ilin fevral ayınadək ABŞ prezidenti Barak Obamanın böyük məsləhətçisi vəzifəsində işləmişdir. 1976–1984-cü illərdə Chicago Tribune qəzetinin peportyoru və siyasi icmalçısı işləmişdir. 1984-cü ildən siyasi məsləhətçidir. 1985-ci ildə öz xüsusi Axelrod & Associates siyasi-məsləhət kompaniyasının (hazırda AKP&D Message and Media adı ilə tanınır) əsasını qoymuşdur.
Devid Akselrod | |
---|---|
ing. David Axelrod | |
Doğum tarixi | 22 fevral 1955[1][2] (69 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | jurnalist, siyasətçi, yazıçı, podkaster |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Devid Akselrod (ingilis dilində: David Axelrod) 22 fevral 1955-ci ildə Nyu-Yorkda orta təbəqəyə məxsus yəhudi ailəsində anadan olmuşdur. Onun atası Cozef Akselrod (Joseph Axelrod) psixoloq, anası Miril Akselrod (Myril Axelrod) 1940-cı illərdə sol-siyasi istiqamətli RM qəzetinin jurnalisti olmuş, sonralar reklam biznesi sahəsində çalışmışdır.[3][4]. Onun valideynləri ilk dəfə Devidin 5 yaşı olanda, tamamilə isə 1968-ci ildə ayrılmışlar. Cozef Akselrod bacısı Coan (Joan) ilə birlikdə ansı ilə birlikdə yaşamalı olmuşlar.[4][5]. Cozefin sonralar özünün "ən yaxşı dostu və qəhrəmanı" adlandırdığı atası oğlunun 19 yaşı olanda intihar etdi.[6][7].
Akselrod erkən yaşlarında siyasətə meyl etmişdir. Məsələn, hələ 13 yaşı olanda o, Nyu-Yorkdan olan senator Robert Kennedinin Demokratlar Partiyasından ABŞ prezidentliyinə yeganə namizəd olması üçün keçirilən seçkiqabağı kompaniya zamanı namizədin şəkli olan döş nişanlarını paylamışdı, lakin Robert Kennedi 1968-ci ilin iyununda sui-qəsd nəticəsində öldürüldü.[8].[9].[10].[11]. Orta məktəbi başa vuran Cozef Akselrod Çikaqo universitetinə (University of Chicago) daxil olmuş və elə həmin ilin yayında The Villager adlı manhetten qəzetində reportyor kimi fəaliyyətə başlamışdır.[4].