Devid Askelrod

Devid Akselrod (22 fevral 1955[1][2], Aşağı İst-Sayd[d], Nyu-York ştatı və ya Manhetten, Nyu-York ştatı) — 2006–2008-ci illərdə ABŞ-də prezident seçkiləri zamanı Barak Obamanın seçkiqabağı təbliğat Qərargahının baş strateqi olmuşdur. 2009-cu ilin yanvar ayından 2011-ci ilin fevral ayınadək ABŞ prezidenti Barak Obamanın böyük məsləhətçisi vəzifəsində işləmişdir. 1976–1984-cü illərdə Chicago Tribune qəzetinin peportyoru və siyasi icmalçısı işləmişdir. 1984-cü ildən siyasi məsləhətçidir. 1985-ci ildə öz xüsusi Axelrod & Associates siyasi-məsləhət kompaniyasının (hazırda AKP&D Message and Media adı ilə tanınır) əsasını qoymuşdur.

Devid Akselrod
ing. David Axelrod
Doğum tarixi 22 fevral 1955(1955-02-22)[1][2] (69 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist, siyasətçi, yazıçı, podkaster
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərcümeyi-halı

[redaktə | mənbəni redaktə et]

Devid Akselrod (ingilis dilində: David Axelrod) 22 fevral 1955-ci ildə Nyu-Yorkda orta təbəqəyə məxsus yəhudi ailəsində anadan olmuşdur. Onun atası Cozef Akselrod (Joseph Axelrod) psixoloq, anası Miril Akselrod (Myril Axelrod) 1940-cı illərdə sol-siyasi istiqamətli RM qəzetinin jurnalisti olmuş, sonralar reklam biznesi sahəsində çalışmışdır.[3][4]. Onun valideynləri ilk dəfə Devidin 5 yaşı olanda, tamamilə isə 1968-ci ildə ayrılmışlar. Cozef Akselrod bacısı Coan (Joan) ilə birlikdə ansı ilə birlikdə yaşamalı olmuşlar.[4][5]. Cozefin sonralar özünün "ən yaxşı dostu və qəhrəmanı" adlandırdığı atası oğlunun 19 yaşı olanda intihar etdi.[6][7].

Akselrod erkən yaşlarında siyasətə meyl etmişdir. Məsələn, hələ 13 yaşı olanda o, Nyu-Yorkdan olan senator Robert Kennedinin Demokratlar Partiyasından ABŞ prezidentliyinə yeganə namizəd olması üçün keçirilən seçkiqabağı kompaniya zamanı namizədin şəkli olan döş nişanlarını paylamışdı, lakin Robert Kennedi 1968-ci ilin iyununda sui-qəsd nəticəsində öldürüldü.[8].[9].[10].[11]. Orta məktəbi başa vuran Cozef Akselrod Çikaqo universitetinə (University of Chicago) daxil olmuş və elə həmin ilin yayında The Villager adlı manhetten qəzetində reportyor kimi fəaliyyətə başlamışdır.[4].

  1. 1 2 David Axelrod // Encyclopædia Britannica (ing.).
  2. 1 2 David Axelrod // Munzinger Personen (alm.).
  3. Ben Wallace-Wells. A star strategist offers Democrats a new vision. — The International Herald Tribune, 30.03.2007
  4. 1 2 3 Patrick T. Reardon. The Agony and the Agony. — Chicago Tribune, 24.06.2007
  5. Ned Temko. He’s the man who makes Obama run. — The Observer, 27.07.2008
  6. Jason Zengerle. The Message Keeper. — The New Republic, 05.11.2008
  7. Tim Shipman. David Axelrod: Can the 'Axe' cut it as Barack Obama bids for US election victory? — The Telegraph, 23.08.2008
  8. .David Axelrod: Political strategist. — The Independent, 25.10.2008
  9. .Maria L. La Ganga. The man behind Obama’s message. — Los Angeles Times, 15.02.2008
  10. .Amanda Paulson. David Axelrod: architect of Obama’s unlikely campaign. — The Christian Science Monitor, 15.07.2008
  11. .Kennedy, Robert Francis, (1925–1968). — Biographical Directory of the United States Congress (bioguide.congress.gov)