Deyim (informatika)

Deyim — proqramlaşdırma dilində ən kiçik icra elementi.[1] Deyim kompüter proqramlaşdırmasında yerinə yetirilməli olan bəzi hərəkətləri ifadə edən imperativ proqramlaşdırma dilinin sintaktik vahididir.[2] Belə bir dildə yazılmış proqram bir və ya bir neçə deyimin ardıcıllığı ilə formalaşır. Deyimin daxili komponentləri ola bilər (məsələn, ifadələr).

Bir çox proqramlaşdırma dilləri (məsələn, Ada, Algol 60, C, Java, Pascal) deyimlər və təriflər/elanetmələr arasında fərq qoyur. Tərif və ya elanetmə proqramın işləyəcəyi məlumatları, deyim isə həmin verilənlərlə görüləcək tədbirləri müəyyən edir.

Başqa deyimləri ehtiva etməyən ifadələr sadə, ehtiva edə bilənlər isə mürəkkəb adlanır.[3]

Bir deyimin (və əslində bir proqramın) görünüşü onun sintaksisi və ya qrammatikası ilə müəyyən edilir. Deyimin mənası onun semantikası ilə müəyyən edilir.

  1. İsmayıl Calallı. "statement" // Rasim Əliquliyev (redaktor). İnformatika terminlərinin izahlı lüğəti (az.). Bakı: "İnformasiya texnologiyaları" / "Bakı" nəşriyyatı. 2017. səh. 710. ISBN 978-9952-434-82-8. 6 sentyabr 2023 tarixində arxivləşdirilib (PDF) (#archive_missing_url).
  2. "statement". webopedia. September 1996. 2015-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-03.
  3. Revised ALGOL 60 report section. 4.1."ALGOL 60". June 25, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 23, 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]