Deysəm ibn İbrahim

Əbu Səlim Deysəm ibn İbrahim əl-Kürdi — Saci sərkərdəsi, Azərbaycan hakimi. O, Yusif ibn Divdadın sərkərdələrindən biri idi.

Deysəm ibn İbrahim əl-Kürdi
fars. دیسم بن ابراهیم کرد
Azərbaycan hökmdarı
935 – 942
ƏvvəlkiMüflih əl-Saci
SonrakıMərzban ibn Məhəmməd
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası İbrahim əl-Kürdi
Dini Xəvaric

Ləşkərinin hücumu

[redaktə | mənbəni redaktə et]

935-ci ildə Müflih əl-Sacini devirmiş, 938-ci ildə bütün Cənubi Azərbaycanda hakimiyyətini bərqərar etmişdi. Lakin tezliklə Ziyarilərin sərkərdəsi (o, öz ağasından qaçmışdı) Ləşkəri ibn Mərdinin hücumuna məruz qaldı. Ləşkərinin ordusu Deysəmi məğlub edərək onu Azərbaycandan qısa bir müddətə qovdu lakin, təkcə Ərdəbil xalqının müdafiəsinə qalib gələ bilmədi. Taktikanı dəyişib gecə vaxtı Ərdəbilə hücum edən Ləşkəri qala divarlarını açaraq şəhəri ələ keçirdi. Ləşkəri səhəri gün şəhəri tərk edib düşərgəsinə qayıdanda xalq Deysəmi Ərdəbilə yenidən çağırdı, Ləşkəri Muğana qaçdı. Öz oğlu və qardaşını çağıraraq yenidən ordu quran Ləşkəri bir daha Deysəmə hücum edərək məğlub etdi. Deysəm Rəss çayının o tayına keçərək keçidləri bağlayaraq müdafiə olunmağa başladı. Ləşkəri və əsgərli Gilanlı olduqları üçün üzməyi yaxşı bilirdilər. Çayı asanlıqla keçən Ləşkəri üçüncü dəfə Deysəmi qaçmağa məcbur etdi.

Hakimiyyətə qayıdışı

[redaktə | mənbəni redaktə et]

Deysəm bu dəfə Vəşmgir Ziyarın yanına qaçdı və ondan kömək tələb etdi. Deysəm Azərbaycanı ələ keçirəndə Vəşmgirin adına xütbə oxumağı və vergi verməyə söz də vermişdi. Ləşkəri Deysəmin geri gələcəyini bilirdi və buna görə də Bəlsuvar ibn Malik (Məhəmməd ibn Müsafirin qardaşıoğlu) ilə ittifaq bağlayaraq müdafiəni gücləndirdi. Ləşkəri daha sonra Ermənistana hücum edib yağmalayandan sonra oradan Diyarbəkirə qaçmağı planlaşdırırdı. Bundan xəbər tutan Vaspurakan knyazı Xatçik III Qagik gizlincə Ləşkərini öldürtdü. Deysəm hakimiyyətə rahat qayıtdı.[1]

Yenidən hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Hakimiyyətə qayıdan Deysəm artıq öz adamlarına güvənmirdi, buna görə də Məhəmməd ibn Müsafirin oğullarından biri olan Suluk ibn Məhəmməd, Bəckəmin keçmiş sərkərdələrindən olan Əli ibn əl-Fəzl və Əsvar ibn Siyaquli kimi şəxsləri öz ətrafına toplamışdı. Onun vəzirlərindən biri olan Əbül Qasim ibn Cəfər isə Salariləri hakimiyyətə gətirməyi düşünürdü. 941-ci ildə Mərzbanın hücumuna məruz qaldı və əsgərlərinin ona xəyanətindən sonra Vaspurakana qaçmalı oldu. Lakin Əbül Qasim Mərzbana da xəyanət edərək Deysəmi geri gətirməyə çalışdı. Deysəm kürdlərdən ibarət ordusu ilə Təbrizdə möhkəmləndi. Mərzban isə deyləmlilərdən ibarət ordusu ilə Ərdəbildə idi. Mərzban Ərdəbildən çıxıb Təbrizi mühasirəyə alanda, Deysəm şəhərdən gizlincə qaçaraq yenidən Ərdəbilə getdi. Əbül Qasim Deysəmə yenidən xəyanət edərək Mərzbanın tərəfinə keçdiyi üçün bu dəfə özünə Əbu Abdullah Məhəmməd ibn Əhməd Nuaymi adlı birini vəzir təyin etdi. Nuaymi ona Mərzbana təslim olmağı təklif etmişdi. Mərzban Deysəmlə barışdı və ona Tarım qalası ilə 30.000 dinar illik maaş bağladı.

Sonrakı dövrlər

[redaktə | mənbəni redaktə et]

Mərzban 948-ci ildə həbs olunandan sonra Vəhsudan Deysəmə ordu verərək Azərbaycanı Büveyhi işğalından azad etmək üçün göndərmişdi. Mərzban həbsdən qurtulan kimi Deysəmə hücum etmiş, Azərbaycanı geri almışdı. Əvvəlcə Bağdada, sonra isə Həmdanilərə qaçan Deysəm, sonuncuların köməyi ilə 956-cı ildə Salması ələ keçirmişdi. Deysəm yenə Vaspurakana qaçdısa da həbs edilərək Mərzbana göndərildi və onun tərəfindən edam olundu.[2]

  1. Amedroz, Henry Frederick. (2013). pp. 449-50. The Eclipse of the Abbasid Caliphate (Vol. 4). London: Forgotten Books. (Original work published 1921)
  2. Yenə orada, səh 179 Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]