Vəhsudan ibn Məhəmməd

Vəhsudan ibn Məhəmməd (v. 967) — Salarilər sülaləsindən Deyləm hökmdarı.

Vəhsudan ibn Məhəmməd
Salarilərdən II Deyləm hökmdarı
941 – 967
ƏvvəlkiMəhəmməd ibn Müsafir
SonrakıII Mərzban
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Məhəmməd ibn Müsafir
Uşaqları Nuh ibn Vəhsudan
İsmail ibn Vəhsudan
Dini İsmaililik

İlkin həyatı haqqında məlumat yoxdur. Hakimiyyətə atası 941-ci ildə Məhəmməd ibn Müsafiri devirərək gəlmişdir. Hakimiyyət dövrü boyunca qardaşı Mərzbanla əlaqələri yaxşı olmuş, ona döyüşlərdə kömək göstərmişdir. 957-ci ildə Mərzbanın ölümündən sonra onun oğulları ilə müharibə aparmışdır.

Azərbaycanın işğalı

[redaktə | mənbəni redaktə et]

957-ci ildə Mərzbanın ölümündən sonra Azərbaycana gələn Vəhsudan qala əmirlərinin ona tabe olmadığını gördü. Mərzbanın oğlu Cüstan özünü hökmdar elan etmişdi və Vəhsudanın hakimiyyətini tanımırdı. Azərbaycanı tərk etməyə məcbur qalan Vəhsudan Mərzbanın oğullarının birini Azərbaycan, digərini Arran hakimi kimi tanıyaraq Tarıma qayıtdı. 960-cı ildə Cüstan və Nasir Vəhsudana qonaq gələrkən Vəhsudan onları qəflətən həbs etdirərək öz oğlu İsmaili Azərbaycana göndərdi. Mərzbanın digər oğlu, Arran hakimi İbrahim isə buna cavab olaraq İsmailə qarşı yürüşə keçərək Vəhsudanın digər qardaşları və anasını edam etdirməsinə səbəb oldu. İbrahim İsmailə qarşı gələ bilmədi və Arrana qayıtdı.

962-ci ildə İsmailin vaxtsız ölümü, İbrahimə Azərbaycanı ələ keçirməyə imkan verdi. Gözlənilmədən Deyləmə də hücum edən İbrahim Vəhsudanı Cibala qaçmağa məcbur etdi. 966-cı ildə özünə ordu yığaraq geriyə qayıdan Vəhsudan İbrahimi ağır məğlubiyyətə uğradaraq qaçmasına nail oldu. Öz oğlu Nuhu Azərbaycana hökmdar kimi təyin etdi. Həmin il Cibaldan Büveyhi ordusu ilə gələn İbrahim yenidən Azərbaycanı hələ keçirdi. 967-ci ildə Büveyhi ordusu Azərbaycanı tərk etdi və bundan istifadə edən Vəhsudan Ərdəbili ələ keçirdi və İbrahimi Azərbaycanın bir hissəsini ona verməyə məcbur edərək barışıq imzaladı.

Həmin il ölən Vəhsudanın yerinə nəvəsi II Mərzban gəldi. Oğulları İsmailNuh özündən əvvəl ölmüşdü.