Diaspidiotus perniciosus (lat. Diaspidiotus perniciosus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin diaspididae fəsiləsinin diaspidiotus cinsinə aid heyvan növü.
Diaspidiotus perniciosus | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Ranqsız: Dəstəüstü: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Diaspidiotus perniciosus |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
1-1,5 mm uzunluğunda olub, girdə və yastı formadadır. Sürfələri dairəvi formada olub, sarı-limon rənglidir, ayaqları yoxdur, qanadları və gözləri tünd boz rəngdədir. Dişisinin bədəni dəyirmi, limonu – sarı rəngdədir, üstdən 2 mm ölçüsündə tünd boz, dəyirmi çanaqla örtülmüşdür. Ayaqları, qanadları və gözləri inkişaf etməmişdir. Erkəyin çanağı uzunsovdur. Uzunluğu 1, eni 0,6 mm-ə çatır. Yaşlı erkək sarımtıl-narıncı rəngdədir. Qanadları, bığcıqları, gözləri və üç cüt ayağı olur. Ağız orqanları inkişaf etməmişdir. Bir neçə saat yaşayır
Cavan sürfələr ilk qidalanma dövründə, nazik təbəqədən ibarət şirə ifraz edirlər. Bu şirə sonradan çanaqcığa çevrilir. Birinci yaşda erkək və dişi sürfələr bir-birindən fərqlənirlər. İkinci yaşdan etibarən erkəklərin çanağı uzanır, dişilərinki isə girdə vəziyyətdə qalır. Daxili karantin obyekti sayılan və Abşeron ərazisində kütləvi şəkildə yayılan polifaqdır. Ədəbiyyat məlumatlarına əsasən 270 növə qədər dekorativ meyvə və meşə ağacları ilə qidalanır. O, bir çox meyvə və meşə ağaclarının (alma, armud, gavalı, albalı, gilas, heyva, alça, şaftalı, ərik, badam, qoz, nar, əncir, yemişan, tut, naringi, limon, xurma, qızılağac, palıd və s.) o cümlədən dekorativ ağac və kol bitkilərinin qorxulu zərərvericisi hesab olunur. Ədəbiyyat məlumatlarına əsasən vətəni Çinin şimal-qərb hissəsidir. 1870-ci ildə bu zərərverici müxtəlif vasitələrlə Koliforniyaya keçib və orada meyvə bağlarına böyük zərər vurmuşdur. Apardığımız tədqiqatlara və müşahidələrə əsasən, sürfələri və bəzəndə yaşlı fərdi bəzək ağaclarının gövdəsinin qabığı və zoğları üzərində qışlayır. Qışlama qalxancıqlar altında gedir. Yazda, aprel ayının 10- dan 15-dək, orta günlük temperatur 12o C, havanın rütubəti 60% olduqda tumurcuqların şişməyə başladığı dövrlərdə, sürfələr qış yuxusundan çıxır və bəzək bitkiləri ilə qidalanmağa başlayaraq (20-25 gün) inkişaf edib yetkin dişilərə çevrilirlər. Cütləşmə may ayının 10- dan 20- dək davam edir. Yetkin dişilər 80-100 ədəd diri sürfə doğa bilirlər. Yeni doğulmuş sürfələr yaxşı inkişaf etmiş 3 cüt ayağa malik olurlar. Onlar çanaqlarının altından çıxaraq bitkinin kök hissəsinə gövdəsinə, budaqlarına, zoğlarına, yarpaqlarına və meyvələrinə daraşıb, onların şirəsini sorurlar. Qısa müddətdə isə sürfənin ifraz etdiyi mayedən onların üzərində çanaq əmələ gəlir. Bu zəman sürfə hərəkətsiz olur. O, 10-12 gündən sonra birinci dəfə qabıq dəyişərək, ayaqlarını, bığcıqlarını və gözlərini itirir, ikinci dəfə qabıqdəyişmə yenə də 10-12 gün davam edir. Sonra yetkin dişilər əmələ gəlir. Dişilər mayalandıqdan sonra (yumurtalar onların bədənində yetişir) diri sürfələr doğulur. Bir nəslin inkişafı 22-26o C temperatur və 70% rütubətdə 60-62 gün çəkir. Axırıncı nəslin sürfələri qışlayır. Abşeronda ildə iki nəsil verir. İntensiv çoxalan zərərvericidir. Onlar qısa müddətdə bitkilər üzərində külli miqdarda toplanıb, topalar əmələ gətirirlər. Belə koloniyaların sorduqları şirənin hesabına gövdə və budaqların qabıqları çatlayır, zoğlar eybəcərləşir, bəzi hallarda isə bitki tamamilə məhv ola bilir. Zərərvericinin zədələdiyi yarpaqlar tökülür, meyvələr isə qırmızı ləkələrlə örtülür. 2010-cü ildə aparılan hesablamalara əsasən Abşeronun Xırdalan rayonunda şaftalı və gavalı ağaclarının və eləcədə dekorativ ağac və kol bitkilərinin intensiv yoluxması 1-2,5 bal, Mərdəkanda 1,5-1,8 bal, Novxanıda isə 2-3 bala çatmışdır. Abşeron ərazisində sayının tənzimlənməsində 8 növ entomofaq (Aphytis mutilaspidus L., Aph. Proclia Walk., Archenomus caucasicus Jasn., Coccophagus lycimnia Walk., Pseydophycus malinus Gahan., Chilocorus bipustulatus L., Chilocorus renipustulatus Scrib.,Holysia sedecimpunctata L) iştirak edir. Bunlardan iki növü (Aphytis procilia Walk., Chilocorus bipustulatus L.) daha çox fəaliyyət göstərirlər. Belə ki, afitis paraziti sahibin birinci nəslini 20-25 %, ikinci nəslini isə 25-30 % məhv edir. Yırtıcı xilokorus isə ilk sürfə mərhələsində bir gündə 6-10 yastıca, axırınci yaş sürfə mərhələsində isə 20-25 yastıca yeyir. Yetkin fərd isə 30-35 yastıca məhv edə bilir.
Avropanın bir sıra ölkələri, o cümlədən Macarıstan, Avstriya, Çexiya, Slovakiya, Rumıniya, Yuqoslaviya, Portuqaliya, İtaliya, Fransa və Polşa, Rusiya, Gürcüstan, Qafqaz, Azərbaycan. Azərbaycanda Abşeron ərazisində, Quba rayonu, Xaçmaz, Lənkəran, Gəncə-Qazax zonasında yayılıb.