Diaspor (mineral) — mineral, α- AlOOH (və ya da HAlO2). Al qismən Mn3+, Fe3+, Cr ilə əvəz olunur.
Diaspor | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
AlO(OH)[1] |
Strunz təsnifatı | IV/F.04a[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Diaspor - Rombik. Habitus lövhəvari, iynəvari. İkiləşmə {061} və {021} üzrə nadir. Ayrılma {010} üzrə mükəmməl, {110}, {210} və {100} üzrə qeyri-mükəmməl. Aqreqat: yarpaqvari, gizli kristallik, stalaktitəbənzər. Rəngi ağ, bozumtul; Mn ya da Fe qatışıqları ilə - boz, yaşıl, sarı, çəhrayı, qəhvəyi, qırmızı. Parıltısı şüşəlidən, almaz parıltısı kimi. Sərtliyi 6,5-7. Xüsusi çəkisi 3,36. Boksit yataqlarında filiz əmələ gətirən diaspor mineralı, bömit, hidrargillit, kaolinit və s. ilə assosiasiyada olur. Həmçinin korund, marqarit, xloritoid və başqaları ilə birgə metamorfogen, hidrotermal və başqa yataqlarda. Bəzən muskovit, hematit, korund, rutil və b. ilə birgə skarn və hidrotermal yataqlaqlarda rast gəlir. Alüminiumlu mineral və süxurların (nefelinli siyenit, peqmatit, porfirit və b.) dəyişilməsindən əmələ gəlir. Kaolinit, alunit, pirofillit və korund ilə assosiasiyadır. Alüminium filizi. Növ müxtəlifliyi: manqandiaspor. Sinonim: Kamenskit.