Bu məqalə qaralama halındadır. |
Riçard Entoni Monsur (4 may 1937[1], Boston, Massaçusets[4] – 16 mart 2019[2]) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur.[6] Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi.
Dik Deyl | |
---|---|
ing. Richard A. Monsour ing. Richard Monsour | |
Ümumi məlumatlar | |
Doğum adı | Richard Anthony Monsour |
Ləqəbi | Dick Dale[3] |
Doğum tarixi | 4 may 1937[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 mart 2019[2] (82 yaşında) |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | gitaraçı, bəstəkar, musiqi prodüseri, rok musiqiçisi |
Fəaliyyət illəri | 1959-cu ildən |
Janrlar | rok-n-roll |
Musiqi alətləri | gitara[5], truba[5] |
Albom şirkətləri | Capitol Records[d] |
dickdale.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi.[7] The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər.[8] Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir.[8][9]
Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.[10]
Dik Deyl 4 may 1937-ci ildə Massaçusets ştatının Boston şəhərində anadan olub. Onun atası Ceyms Livan əsilli və anası Sofiya isə Polşa-Belarus əsilli idi.[11]
Ailəsi daha sonra Quincy Point məhəlləsində Livan əsilli əhalinin yaşadığı Massaçusets ştatının Quincy şəhərinə köçdü. O, pianoda ifa etməyi bibisinin pianoda çalmasını dinlədikdən sonra doqquz yaşında öyrənib.[12][13]