Ser Brayan Harold Mey (ing. Brian Harold May; 19 iyul 1947[1][2][…], Hempton[d], Böyük London[4][5]) — İngilis rok musiqiçisi, Queen qrupunun gitaraçısı, qrupun bir çox hitlərinin müəllifi. Britaniya İmperiyası Ordeninin (CBE) komandoru, astrofizik, fəlsəfə doktoru, "Save me" heyvanların müdafiəsi fondunun təsisçisi.
Brayan Mey | |
---|---|
ing. Sir Brian Harold May | |
Ümumi məlumatlar | |
Doğum adı | Brian Harold May |
Doğum tarixi | 19 iyul 1947[1][2][…] (77 yaş) |
Doğum yeri |
|
Həyat yoldaşları |
|
Uşağı | 3 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | gitaraçı, astrofizik, müğənni, bəstəkar, müğənni-mahnı yazarı, pianoçu, televiziya aparıcısı, musiqi prodüseri, aktyor, fizik, elmi işçi, YouTuber, söz yazıçısı[d] |
Fəaliyyət illəri | 1965-ci ildən |
Janrlar | rok[6], qlam rok[7], pop-rok, hard-rok[7], proqressiv rok |
Musiqi alətləri | gitara[6], piano, bas-gitara[8], klavişli alət[d] |
Səs tembri | tenor |
Albom şirkətləri | Parlophone, Hollywood Records |
Təhsili |
|
Üzvlüyü | |
Elmi dərəcəsi | |
Mükafatları | |
brianmay.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Mey Hempton məktəbini (ing. Hampton School) və London İmperial Kollecinin nüfuzlu Fizika və riyaziyyat fakültəsini bitirib. Brayan artıq infraqırmızı diapazonda astronomik tədqiqatlar üzrə fəlsəfə doktoru dissertasiyasını tamamlamışdı və "Queen"dəki uğuru onu elmi karyerasını yarımçıq qoymağa məcbur edəndə Nature və Kral Astronomiya Cəmiyyətinin aylıq bülletenində astronomiya üzrə iki elmi nəşri var idi.
Brayan yeddi yaşında gitara çalmağa başlayıb. Gənc Meyin xəyalı olan Fender Stratocaster üçün pullarının olmaması səbəbindən o, atası ilə birlikdə 18-ci əsr kaminindən kəsilmiş möhkəm palıd taxtadan, köhnə şkaf hissələrindən və parlaq düymələrdən özünün məşhur Red Special gitarasını düzəltdi.
1964-cü ildə Mey "1984" adlı tələbə qrupunu təşkil etdi və 1967-ci ildə bu qrupla Cimi Hendriksi müşayiət etdi. Qrup 1968-ci ildə dağıldı, lakin tezliklə "1984"-ün vokalçı və basçısı Tim Staffel ilə yeni bir qrup yaratmağa qərar verdilər. "Mitç Mitçel / Cincer Beyker üslubunda" zərbçi axtarışı barədə elana İmperator Kollecində stomatologiya fakültəsinin tələbəsi olan Rocer Teylor cavab verdi. Elə həmin il Mey özünün ilk melodiyasını bəstələyir.
Brayan 1991-ci ildə Freddi Merkyurinin ölümündən az əvvəl tamformatlı debüt albomunu hazırlamağa başladı. Albomun buraxılışından əvvəl "Driven by You" sinqlı çıxdı. Mahnı "Ford" şirkətinin reklam kampaniyası üçün yazılmışdı və Britaniyada çox uğurlu olmuşdu. 1992-ci ildə Mey özünün "Back to the Light" solo studiya albomuna dəstək qazanmaq üçün dünya turu təşkil etdi. Bu turlardan sonra həm solo mahnılar, həm də "Queen"in klassikalarından ibarət "Live at the Brixton Academy" adlı konsert albomu buraxıldı.
Freddi Merkyurinin ölümündən sonra Mey solo karyerasına başladı. O, yeddi kifayət qədər uğurlu solo albom yazmağı bacardı.
Hazırda Brayan musiqi karyerasını "Queen" qrupunda davam etdirir və nəzəri fizika və riyaziyyat istiqamətində elmi fəaliyyət göstərir. 2007-ci ildə astrofizika üzrə namizədlik dissertasiyasını tamamlamış və şifahi imtahandan keçmişdir.[9] 18 iyun 2008-ci ildə Ser Patrik Murun təklifi ilə 52665 Brianmay asteroidi Meyin şərəfinə adlandırıldı.[10]
2002-ci ildə Hartfordşir Universiteti, 2007-ci ildə isə Ekseter Universiteti ona fəxri elmlər doktoru adını təqdim edib.
"Həvəskar professor" kimi o, çoxdankı dostu, məşhur astronom Patrik Murun aparıcısı olduğu BBC-nin "The Night Sky" proqramında iştirak edib. Proqramın aparıcıları ilə həmmüəlliflikdə o, "Böyük partlayış! Kainatın tam tarixi" kitabını nəşr etdirdi.
14 aprel 2008-ci ildə Liverpul Con Murs Universitetinin[11] rektoru təyin edildi və bu vəzifədə 2013-cü ilin mart ayına qədər çalışdı.
2011-ci ildə Brayan Mey Ledi Qaqanın "Born this way"[12] albomuna daxil olan "Yoü and I" mahnısının yazılmasında iştirak etmiş, 2012-ci ildə isə repçi Dappy[13] ilə birgə mahnı yazdırmışdır.[14] 2013-cü ildə Tangerine Dream qrupunun "Tangerine Dream and Brian May. Starmus — Sonic Universe" adlı albomunun yazılmasında iştirak etdi.
2019-cu ilin aprel ayında o, Five Finger Death Punch qrupunun xeyriyyə sinqlının və "Blue On Black" klipinin çəkilişində iştirak etdi.
2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı o, İnstaqram hesabında Ukraynanı dəstəklədi.[15][16]
2023-cü ildə musiqiçi musiqiyə və xeyriyyəçiliyə verdiyi töhfələrə görə kral III Çarlz tərəfindən cəngavər rütbəsinə layiq görüldü.
Brayan Meyin solo ifa etdiyi mahnılar: