Dilarə Bağır qızı Seyidzadə (25 oktyabr 1939, Bakı) — Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi (1999–2019), Azərbaycan Respublikası Prezidentin köməkçisi (1997–1998, 1999–2019), 1-ci dərəcə dövlət müşaviri (2004), tarix elmləri doktoru.
Dilarə Seyidzadə | |
---|---|
16 noyabr 1999 – 29 noyabr 2019 | |
Prezident | Heydər Əliyev İlham Əliyev |
1 sentyabr 1997 – 25 aprel 1998 | |
Prezident | Heydər Əliyev |
16 noyabr 1999 – 29 noyabr 2019 | |
Prezident | Heydər Əliyev İlham Əliyev |
Əvvəlki | Eldar Namazov |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 oktyabr 1939 (85 yaş) |
Doğum yeri | |
Təhsili | |
Atası | Bağır Seyidzadə |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Dilarə Seyidzadə 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.[1]
1961–1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda Baş laborant, kiçik elmi işçi, 1978–1983-cü illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnda Baş müəllim, 1983–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda Baş elmi işçi, aparıcı elmi işçi, 1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisinin müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.
Dilarə Seyidzadə Dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 24 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub.[2]