Dilhan Əryurt

Prof.Dilhan Əryurt (29 noyabr 1926, İzmir, 13 sentyabr 2012, Ankara)- Türkiyəli astronomiyaçıdır. Günəşulduzları öyrənən bir alimdir. 1961-1973-cü illərdə NASA da işləmişdir. Burada işləyən ilk türk qadın alimdir. 1988-1993-cü illərdə astrofizika üzrə dərs demiş və Ədəbiyyat fakültəsinin bu ixtisas üzrə bölməsinin dekanı olmuşdur[3][4].

Dilhan Əryurt
türk. Dilhan Ezer Eryurt[1]
Doğum tarixi
Doğum yeri İzmir
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Ankara
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Milliyyəti türk
Elm sahələri fizika, astronomiya
Elmi adı dosent
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərcümeyi-halı

[redaktə | mənbəni redaktə et]

29 noyabr 1926-cı ildə İzmirdə anadan olmuşdur. Atası Denizli 1944-cü ildə millət vəkili olmuşdur[5]. Dilhanın atası o anadan olduqdan sonra bir müddət sonra qısa müddətlik ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Bundan sonra Ankaraya gedirlər[6]. 2012-ci il sentyabr ayının 13-də infaktdan vəfat edir. Millət vəkili Sabahattin Əryurt onun həyat yoldaşıdır.

Təhsili və iş həyatı

[redaktə | mənbəni redaktə et]

İlk təhsilini Ankara qız lisesinə daxil olur. Bu dövrdə onun riyaziyyata olan marağı artır. Bu səbəbdən İstanbul Universitetinin Riyaziyyat və astronomiya fakültəsinə daxil olur. 1946-cı ildə bu fakültəni bitirir. Bundan sonra o Ankara Universitetində astronomiyadan dərs deyir. Bundan sonra Miçiqan Universitetinə daxil olur. 1953-cü ildə doktorluğu və sonra dosentliyi müdafiə edir.

1959-cu ildə atom enerjisi argentliyində işləmək üçün Kanadaya gedir.Burada o Prof. Dr. Alastari G. W. Cameron ilə birlikdə çalışır. Bundan sonra ABŞ-də İndiana Universitetində işləməyə başlayır.

Dilhan Əryurd Hadvard Universitetində günəş üzərində araşdırmalar aparır. Burada bir sıra xarici alimlərlə əlaqə qurur və bu onun gələcək iş həyatında böyük rol oynayır. Bu əlaqələr gələcəkdə onun Kaliforniya Universitetində ulduzlar sahəsində işləməyə yol açdı.

1969-1973-cü illərdə NASA da araşdırmalar aparır. 1973-cü ildə fizika fənni içərisində astrofizika bölməsini daxil edir.

1988-ci ildə Ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışır. 1993-cü ildə təqaüdə çıxır.

1969-cu ildə Apollo Başarı Ödülü ilə mükafatlandırılır.

  1. https://www.cumhuriyet.com.tr/haber/nasada-calisan-ilk-turk-kadini-prof-dr-dilhan-eryurt-kimdir-1812713.
  2. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  3. Alp Akoğlu, Astorfizikte Öncü Bir Türk Kadını Dilhan Eryurt, Bilim ve Teknik Dergisi, Sayı 360, Kasım 1997
  4. İrfan Unutmaz, Güneşin Evriminde Bir Tür Kadını: Prof. Dr. Dilhan Eryurt, Focus Dergisi
  5. Prof. Dr. İlhan Eryurt, Türkiye Bilimler Akademisi Web sitesi, erişim tarihi: 28.12.2012
  6. Gül Krieklo, NASA’daki İlk Türk Bilim Kadını Sessizce Veda Etti, Sabah Gazetesi, 19.11.2012