Dimdikvari evkalipt (lat. Eucalyptus camaldulensis) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Dimdikvari evkalipt | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Dimdikvari evkalipt |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii halda Avstraliyada bitir. Aralıq dənizyanı ölkələrdə, tropik, subtropik və cənub-mülayim rayonlarda yayılmışdır.
Hündürlüyü 70 m-ə çatan iri gövdəli, həmişəyaşıl ağacdır. Vətənində hündürlüyü 100 m-ə qədər olur. Budaqları uzunsov, qabığı hamar, narıncı və ya çəhrayı-ağ, pulcuqları çatlayan, töküləndir. Cavan yarpaqları üzbəüz, göyümtül, ürəkvari, yumru və ya ellipsvari, uzunluğu 6-9 sm və eni 2,5-4 sm, oturaq və ya qısa saplaqlarda yerləşir. Orta yarpaqlar növbəli düzülüşlü, ellipsvari və ya uzunsov, yaşıl və ya göyümtül hissəlidir. İri yarpaqları növbəli düzülüşlü, ensiz və ya enli-neştərvari, saplaqlı, uzunluğu 12-22 sm, eni 8–15 mm, nazik, yaşıl, əsas damarlanması aydın görünür. Çiçəkləri 5-10 ədəd olmaqla çətirvari çıçək qrupunda, qoltuqda, üç rəngli, uzunluğu 3–8 mm olan ayaqcıqlarda yerləşir. Çiçək yatağının borucuğu uzanmış və ya təxminən qabşəkilli; tozluqları uzunsov və ya yumru, məsamələrlə açılır, şarşəkilli, iri vəziciklidir. İyun-avqust aylarında çiçəkləyir. Meyvələri təxminən oturaq, şarşəkilli və ya zəngvari, bəzən yumurtavari-kəsik, uzunluğu 7–8 mm, diametri 5–6 mm-dir.
Təbiətdə subalp zolağında, ağır, nəmişli, bəzən müvəqqəti bataqlaşmış torpaqlarda bitir, soyuğa qismən davamlı növdür.
Qafqazda və Cənubi Qafqazın qərbində, Zaqatala, Lənkəran, Astara və digər subtropik zonalarda, eləcə də Bakıda yaşıllaşdırmada geniş istifadə edilir.
Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür, tərkibində efir yağı vardır.