Dinamo stadionu (Ufa)

«Dinamo»Rusiya Federasiyası, Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən futbol stadionu. Stadion Ufa şəhəri, Marl Marks küçəsi, 2 ünvanında yerləşir.

Dinamo stadionu
Map
Tam adı Dinamo stadionu
Yeri Ufa, Rusiya Rusiya
Təməli qoyulub 1930
Açılış tarixi 1934
Yenidən qurulma tarixi 2007
Tamaşaçı tutumu 4500
Ev sahibi komanda Ufa FK
Meydançanın ölçüləri 100 x 69
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Dinamo stadionu

Stadion keçmiş Uşakov parkı yerində inşa edilmişdir. Onun tkintisinə 1930-cu ildə başlanılmışdır. Rəsmi açılış isə 6 may 1936-cı ilə təsadüf edir. Sovet dönəmində stadionun adı dəfələrlə dəyişdirilmişdir. Adətən çətin tələffüz edilən adlar qoyulurdu. 2007-ci ildə stadionda «№ 3 tikinti tryesti»[1] tərəfindən bərpa işləri aparılmışdır.

2009—2015-ci illərdə Ufa FK-nun ev oyunlarını keçirdiyi stadion olmuşdur. Klub hazırda isə ey oyunlarnı Neftyanik stadionunda keçirir. Yeni qurulan futbol klubu ilk addımlarını bu stadiondan atmışdır. Stadion həmçinin bir çox yerli yarışlar üçün əsas mərkəz rolunu oynamışdır. Stadionun sağ tərəfində Başqırd Dram Teatrı yerləşir.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Stadionun azarkeş tutumu 4500 nəfərdir. Stadion 100x69 m ölçülərə malikdir. Burada süni örtükdən istifadə edilir. Ancaq qızdırıcı sistemi yoxdur[2].

Futbol sahəsi ilə yanaşı stadionun infrastrukturuna 400 metrlik qaçış zolağı, tennis kortları, üzgüçülük hovuzu, atəş qalereyası, otel, həmçinin 1000 nəfərlik idman zalı, konfrans zalı (100 yerlik) daxildir. Üzgüçülük hovuzu 25x14 m ölçüdədir. Uşaqlar akvaparklar belə vardır. Mərkəz fitness klubu, rəqs məktəbi, boks üzgüçülük, əlbəyaxa döyüş, tennis, stolüstü tennis, taekvondo, futbol, gimnastika və s dərnəklər vardır. Burada 1979-91 SSRİ xokkey çempionatlarının oyunları, 2009-cu ildə yanğınsöndürən-xilasedicilər arasında dünya çempionatı keçirilmişdir. 2007-ci ildən isə "Ural" voleybol klubunun Rusiya voleybol çempionatındakı ev oyunlarına sahiblik edir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Чем нас встретит новый стадион «Динамо»". 2012-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  2. "«Dinamo» stadionunda yeni qazon olacaqdır". 2012-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.

Mənbə[redaktə | mənbəni redaktə et]