Dindidağ

DindidağBöyük Qafqazın Baş Qafqaz silsiləsinda Azərbaycan (Zaqatala rayonu) və Rusiya (Dağıstan Rutul rayonu) sərhəddində yerləşən dağ. Dağın hündürlüyü 3192 metr təşkil edir.

Dindidağ
Ümumi məlumatlar
Dağ sistemi Böyük Qafqaz
Dağ silsiləsi Baş Qafqaz silsiləsi
Mütləq hündürlüyü 3192 m
Yerləşməsi
41°41′47″ şm. e. 46°55′38″ ş. u.HGYO
Ölkələr
Dindidağ xəritədə
Dindidağ
Dindidağ
Dindidağ xəritədə
Dindidağ
Dindidağ

Zaqatala rayonunda dağ və dağ aşırımı. Baş Qafqaz silsiləsindən keçir və Dağıstanla sərhəddə yerləşir. Bu aşırımdan Muxaxçayın dərəsindən keçərək Samurçayın yuxarılarına quru yol gedir. Bu əlamətinə görə tədqiqatçılar dağın adını "tinləri olan dağ" kimi izah edirlər. Əslində, oronim din (dincəlmək üçün yer, düşərgə), -di (-li şəkilçisinin variantı) və dağ (müsbət relyef forması) komponentlərindən düzəlib, "dincəlmək üçün yeri olan dağ" deməkdir. Komidə Din, Dinyu, Vojdin coğrafi adları qeydə alınmışdır.[1]

  1. Dindidağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.