Dipnoi

İkitənəffüslülər (lat. Dipnoi) — xoanlar yarımsinfinə aid dəstəüstü.

İkitənəffüslülər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Klad:
Dəstə:
İkitənəffüslülər
Beynəlxalq elmi adı

İkitənəffüslülər həm qəlsəmə, həm də ağciyərlə tənəffüs edirlər (adı da buradandır). Bədəni uzunsov, bəzilərində yanlardan basıqdır, digərləri ilanbalığına oxşayır. İkitənəffüslülərin 12 fəsiləsi var; 9-u qazıntı halında tapılmış, 3-ü isə qərnidiş (lat. Ceratodidae) Avstraliyada, lepidosiren (lat. Lepidosirenidae) Cənubi Amerikada, protopterlər (lat. Rrotopteridae) Mərkəzi Afrikada yaşayır. İkitənəffüslülər şirin su balıqlarıdır. Uzunluqları 2 m-dəkdir.

İkitənəffüslülər onurğasızlar, balıqlaramfibiyalarla qidalanır. Qərnidişin ovlanması qadağandır. Lepidosiren və protopterlər quraqlıq dövrdə qış yuxusuna gedirlər. Qazıntı halında tapılan ikitənəffüslülərin şirin suda yaşadıqları güman edilir.