Diva Universal

Diva- (əvvəllər Diva Universal — «Diva Universal») — ilk növbədə qadın auditoriyasına yönəlmiş serialların və verilişlərin yayımında ixtisaslaşan əyləncəli televiziya kanalı. Kanalın sahibi NBCUniversal International Networks – NBC Universal Beynəlxalq Şəbəkələrdir. Daha əvvəl, Diva Universal-ın müxtəlif ölkələrdə yeddi kanalı var idi, daha sonralar bunlardan dördü ( İtaliyada, Rusiyada, BolqarıstanFilippində olan kanallar) bağlandı. Şərqi Asiyada (Malayziya, İndoneziya, Tayland, Çin, Şri-Lanka, Filippin, Sinqapur, Pakistan, Vyetnam, Makao, Honq-Konq) Diva Asiya kanalları, Rumıniyada Diva Universal Romania kanalı və Serbiya/Xorvatiya/Sloveniyada Diva Adria kanalı yayımlanır.

Diva
Ölkə
Yayım ərazisi ABŞ ABŞ
 Avropa
Yaranma tarixi Rusiya 17 sentyabr 2010
Rumıniya 3 oktyabr 2010
Bağlanma tarixi Rusiya 25 aprel 2014
Sahibi NBC Universal
Şüar İlhamverici telekanal.
Sayt Diva Universal

Diva Universal (Rusiya)[redaktə | mənbəni redaktə et]

Diva Universal kanalı Rusiyada yayımına 17 sentyabr, 2010-cu ildə Hallmark Channel kanalının əvəzinə başlamışdır. 25 aprel, 2014-cü ildə kanal yayımını dayandırdı. Onun tezliyində əyləncəli televiziya kanalı olan «E!Entertainment» yayımına başladı.

Diva teleknalında yayımlanan film və seriallar siyahısı[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]