Dizartriya

Dizartriya — nitq aparatı inneversiyasının üzvi çatışmazlığı ilə şərtlənən nitqin səs tələffüzü tərəfinin pozuntusudur. Dizartriya yunan sözü olub iki söz və hissəciyin birləşməsindən əmələ gəlir (dis-pozulmanı bildirən hissəcik arton- isə birləşmə deməkdir). Səslərin artikulyasiyasının pozulması səs yaranmanın eyni zamanda nitqin tempi, ritmi və intonasiyanın pozulması dizartriyanın əsas əlamətlərini təşkil edir. Bu müxtəlif mənfi amillərin ana bətnində və ya erkən inkişaf etməkdə beyninə təsiri nəticəsində mərkəzi sinir sisteminin üzvi zədələnməsi nəticəsində yaranır. Bətndaxili zədələnməyə səbəb kəskin xroniki infeksiyalar, oksigen çatışmazlığı, intoksikasiya, hamiləlik toksikozu və başqa doğuş travmasına şərait yaradan amillərdir.

Dizartriya aşağıdakı növlərə ayrılır:

  • Balbar dizartriya-uzunsov beynin xəstəliyi və ya şişi zamanı əmələ gəlir. Bu halda orada yerləşən kəllə-beyin hərəki sinirlərinin nüvəsi pozulur(dil-udlaq azan dilialtı üçlü sinirlər və üz sinirlər). Dizartriyanın bu forması üçün udlağın, qırtlağın, dilin, yumşaq damağın iflici səciyyəvidir. Bu, uşaqlarda bərk və yumşaq qidanı udmaq ,çeynəmək kimi hərəki funksiyaların pozulması ilə nəticələnə bilər.
  • Qabıqaltı dizartriya- baş beynin qabıqaltı düyünlərinin zədələnməsi nəticəsində əmələ gəlir. Dizartriyanın bu növünün səciyyəvi əlaməti əzələ tonusunun pozulması və hiperkinesiyadır (uşağın nəzarət edə bilmədiyi məcburi qeyri-adi hərəkətləridir).
  • Beyincik dizartriyası-kəsik nitqlə özünü göstərir, bəzən də qışqırtı ilə müşayiət edilə bilər.
  • Qabıq dizartriyası-artikulasiya aparatının sərbəst hərəkətinin pozulmuş olduğu bu növü ayırd etmək əsasən çətin olur. Amma dizartrik uşaqlarda nitqin leksik-qrammatik tərəfinin inkişafında pozğunluq müşahidə olunur.
  • Psevdobulbar dizartriyaya- tez-tez rast gəlmək olur. Bu dizartriyanın uşağın doğuş və ya ana bətni dövründə ensefalit, doğuş travması, şiş və s nəticəsində beynin zədələnməsindən əmələ gələn formasıdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İcma Əsaslı Reabilitasiya Mərkəzləri Şəbəkəsinin mütəxəssisləri. Uşaq İnkişaf Metodikası. Bakı. 2011. səh. 330.