Dmitri İvanoviç Kotsubaylo (ukr. Дмитро Іванович Коцюбайло, ləqəbi — Da Vinçi;1 noyabr 1995, Zadnestryanskoye[d], İvano-Frankivsk vilayəti – 7 mart 2023, Baxmut[d], Donetsk vilayəti) — Ukrayna hərbçisi, Rusiya-Ukrayna müharibəsinin iştirakçısı. Ukrayna Qəhrəmanı (2021). Sağ Sektorun liderlərindən biri olub (2020–2023).
Dmitri Kotsubaylo | |
---|---|
Дмитро Іванович Коцюбайло | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Da Vinçi |
Doğum tarixi | 1 noyabr 1995 |
Doğum yeri |
|
Vəfat tarixi | 7 mart 2023 (27 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Milliyyəti | ukraynalı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Ukrayna |
Qoşun növü | quru qoşunları |
Hərbi hissə | Ukrayna Silahlı Qüvvələri 67-ci mexanikləşdirilmiş briqa |
Xidmət illəri | 2014—2023 |
Rütbə | kiçik leytenant |
Vəzifəsi | taqım komandiri |
Döyüşlər |
Rusiya-Ukrayna müharibəsi Rusiya–Ukrayna müharibəsi (2022) Baxmut uğrunda döyüşlər |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sağlığında Ukrayna Qəhrəmanı adına layiq görülən ilk könüllü.[2] 2022-ci ildə "Forbes" jurnalının "30 yaşa qədər 30: gələcəyin simaları" reytinqinə daxil edilib.[3] O, Avromeydandan və Rusiya-Ukrayna müharibəsindən keçmiş Ukrayna gənclər nəslinin təcəssümü adlanırdı.[4]
Dmitri Kotsubaylo 1995-ci il noyabrın 1-də Ukraynanın İvano-Frankovsk vilayətinin İvano-Frankovsk rayonunun Burştin icmasına daxil olan Zadnestryanskoye kəndində anadan olub.
Bovşevskaya orta məktəbini, İvano-Frankovsk Rəssamlıq Liseyini bitirib.
Avromeydannın fəal iştirakçısı olub.
Rusiya-Ukrayna müharibəsinin fəal iştirakçısı, könüllülər taqımının (2014), taborunun komandiri (2015). 2014-cü ildə Donetsk kənarındakı Peski kəndi yaxınlığında gedən döyüşdə ağır yaralanıb, sağaldıqdan sonra cəbhəyə qayıdıb. O, həmçinin 2022-ci və 2023-cü illərdə nizami qoşunların tərkibində Ukraynanı rus işğalından müdafiə edib.
2017-ci ildən o, müharibədə könüllü feldşer, "Ulf" tibb xidmətinin rəhbəri və siyasi xadim Alina Mixaylova ilə münasibətdə olub.
7 mart 2023-cü ildə Dmitri Kotsubaylo Baxmut uğrunda gedən döyüşlərdə həlak olub.[5] Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin videomüraciətində deyilir:
Bu gün Ukrayna qəhrəmanı könüllü, insan simvolu, kişi cəsarətli Da Vinçi ləqəbli Dmitri Koçyubaylo döyüşdə həlak oldu. 67-ci ayrı-ayrı mexanikləşdirilmiş briqadanın döyüşçüsü, batalyon komandiri. Baxmut yaxınlığındakı döyüşdə, Ukrayna uğrunda gedən döyüşdə qəhrəmancasına həlak oldu. |
10 mart 2022-ci ildə Kiyevdə Dmitri Kotsubaylo ilə vida mərasimi keçirilib.[6] Dəfn mərasimi Müqəddəs Mixail Qızıl Qübbəli Monastırında keçirilib. Mərasimdə Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynada səfərdə olan Finlandiyanın baş naziri Sanna Marin də daxil olmaqla yüzlərlə insan iştirak edib.[6][7]
Kilsədə vida mərasimi başa çatdıqdan sonra tədbir Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və Kiyev meri Vitali Kliçko da daxil olmaqla bir neçə min insanın toplaşdığı Müstəqillik meydanına keçirilib.[4][6] Dmitri Kotsubaylo Askoldun xiyabanında dəfn edilib.[8].