Dmitri Vasilyev (türkoloq)

Dmitri Dmitriyeviç Vasilyev (rus. Дми́трий Дми́триевич Васи́льев; 11 oktyabr 1946, Moskva18 yanvar 2021, Moskva) — görkəmli rus türkoloqu və şərqşünası, tarix elmləri namizədi, Rusiya İctimai Elmlər Universitetinin professoru, Rusiya EA Şərqşünaslar Cəmiyyətinin vitse-prezidenti, Rusiya EA-nın müxbir üzvü, Tıva Respublikasının Əməkdar Elm xadimi, Atatürk Dil -Tarix Qurumunun fəxri üzvü

Dmitri Dmitriyeviç Vasilyev
Doğum tarixi 11 oktyabr 1946(1946-10-11)
Doğum yeri
Vəfat tarixi 18 yanvar 2021(2021-01-18) (74 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19
Milliyyəti rus
Fəaliyyəti tarixçi, filoloq
Əsərlərinin dili rusca, türkcə
Janrlar monoqrafiya, problem məqalə

Dmitri Dmitriyeviç Vasilyev 11 oktyabr 1946-cı ildə anadan olmuşdur.[1] M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Şərq dilləri fakültəsini bitirmişdir.

1983-cü ildə "Asiya bölgəsinin türk runik yazısı abidələrinin paleoqrafik sistemləşdirilməsi" ("Палеографическая систематизация памятников тюркской рунической письменности азиатского ареала") mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi adını almışdır.

O, uzun müddət Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Şərq tarixi bölümünün başqanı kimi fəaliyyət göstərmişdir.

1995-ci ildə YUNESKO Beynəlxalq İnstitutu Elmi Şurasının Orta Asiyanın öyrənilməsi üzrə həmsədri seçilmişdir.

1996-cı ildə Rusiya-Türkiyə Tarixçiləri Komissiyasının məsul katibi seçilmişdir.

O, həmçinin Rusiya İctimai Elmlər Universitetində professoru kimi fəaliyyət göstərmiş, burada Rus-Türk Təhsil və Araşdırma Mərkəzinin müdiri olmuşdur.

Dmitri Vasilyev 18 yanvar 2021-ci ildə Moskvada koronavirus xəstəliyindən vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Dmitri Vasilyev türkoloq və Orta Asiyanın köçəri türk xalqlarının tarixinin öyrənilməsində görkəmli mütəxəssis kimi tanınmışdır.

Tarixçi-türkoloq kimi fəaliyyət göstərən Dmitri Vasilyev Türk runik abidələrinin paleoqrafik sistemləşdirilməsi sahəsində apardığı sistemli araşdırmalarla diqqəti çəkir. Onun tədqiqatlarında həmçinin Rusiyanın arxiv və kitabxanalarında Osmanlı tarixinə dair bəlgələrin araşdırılması önəmli yer tutur.

Bütövlükdə müəllifin araşdırmalarının ümumi sayı 150-dən artıqdır.

Alimin çoxsaylı elmi araşdırmaları dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilmişdir.

O, Rusiyada və digər ölkələrdə yayınlanan bir çox elmi dərgilərin redaksiya heyətinin üzvü seçilmişdir.

  • İstanbul Universitetinin "Türkolojiyə yüksək xidmətlərinə görə" Uluslararası Ödülü – 1988
  • Monqolustan Elmlər Akademiyasının Xubilay Xan medalı – 1988
  • Şamil Fondunun Fəxri Nişanı – 2000
  • Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü – 2002
  • İmperator Pravoslav Fələstin Cəmiyyətinin həqiqi üzvü– 2003
  • IOPS Bürünc Nişanı — 2005
  • Qazaxıstanın Xoca Əhməd Yasəvi adına Türküstan Universitetin fəsxri professoru – 2004
  • Kazan şəhərinin 1000 illiyi medalı −2005
  • Tuva Respublikasının Əməkdar Elm Xadimi – 2008
  • "Qazaxıstan Respublikasının Elminin inkişafında xidmətlərinə görə" medalı – 2009
  • Türkiyənin Uşak Dövlət Universitetinin Fəxri Doktoru – 2011
  • Rusiya Şərqşünaslar Cəmiyyətinin Fəxri üzvü – 2012
  • Rusiya Elmlər Akademiyasının Qızıl medalı – 2016
  • Avrasiyada türkşünaslığın və elmi əlaqələrin inkişafındakı dəyərli töhfəsinə görə Beynəlxalq Türk Akademiyasının Qızıl medalı – 2016
  • Rusiya Elmlər Akademiyasının Prezidentinin Fəxri Fərmanı– 2018
  • "Valeh Hacılar" Türk Vəqfinin "Türk xalqları dünyasının mədəniyyəti, tarixi, dili və ədəbiyyatı sahəsindəki xidmətlərinə görə" mükafatı – 2018
  • Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasındakı dostluq və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Rusiyadakı Türk Sahibkarlar Birliyinin Nazim Hikmət adına Beynəlxalq Dostluq Ödülü – 2019
  • "Графический фонд памятников тюркской рунической письменности азиатского ареала" (М., 1983);
  • "Корпус тюркских рунических памятников бассейна Енисея" (Л., 1983);
  • "Православные святыни Балкан" (Спб., 2004. в соавт.).
  • "Древний и средневековый Восток": Учебных пособий (М., 1983; М., 1984. в соавт.), Ответственный редактор
  • "Orhun", Ankara: TİKA, 1996
  • "Шамиль. Иллюстрированная энциклопедия" (М., 1997), Один из составителей издания
  • "История Востока: в 6 томах" (т. 1–5 — М., 1997–2005). Член редколлегии издания
  • Basileus. Сборник статей, посвящённый 60-летию Д. Д. Васильева. Москва, 2007.
  1. "Сотрудники Института востоковедения РАН". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.