Kokucisu-ki (旭日旗?) — hərfi tərcüməsi "Doğan günəş bayrağı") — Yaponiyanın hərbi bayrağı[1]. Bu bayraq müvəffəqiyyət arzusunun simvolu kimi istifadə olunurdu.[2]. Lakin hərbi bayraq qismində isə ilk dəfə Edo dövrünün sonlarında (1854-cü ildən) istifadə olunmuşdur.
1870-ci il 27 yanvar tarixində Meyci dövründə aparılan siyasət çərçivəsində milli bayraq qismində qəbul olunmuşdur.[3].Hal-hazırda bayraqdan hərbi dəniz qoşunlarında, dəyişilmiş şəkildə Yaponiya özünümüdafiə quru qüvvələrində istifadə olunur. Vaxtaşırı olaraq, bayrağın təsvirinə reklam plakatları və məhsulların üzərində rast gələ bilərik. İkinci dünya müharibəsi dövründə isə yapon qoşunları bayraqdan Cənub-Şərqi Asiya ölkələrini işğal etdikləri zaman istifadə etmişdilər. Cənubi Koreya və Çində bu bayraq yapon militarizmi və imperializminin simvolu sayılır, ondan istifadə etmək isə təhqir hesab edilir.[4][5][6]
Ağ parça üzərində qırmızı dairəyə malik olan bu bayraq Yaponiyanın müasir bayrağını xatırlatsa da, günəş şüalarının sayı ilə (adətən 16 olur) fərqlənir. Beləki bu şüalar Yaponiyanın "Gündoğan ölkə" olmasını nümayiş etdirir. Yaponiya İmperator ordusu bu bayraqdan 1870-ci ildən bəri istifadə edir. [7]. Yaponiya İmperator ordusu və Yaponiyanın İmperator donanması bayrağın müxtəlif variantlarına malik idi: belə ki hərbi-dəniz bayrağında dairə bayraq sapı olan tərəfədirsə, quru qoşunlarında dairə mərkəzdə yerləşmişdir. Hərbi-dəniz bayrağı 1889-cu ildə qəbul edilmişdir. Bu bayraq İkinci dünya müharibəsinin sonundan bugünə qədər istifadə olunmuşdur. 1945-ci ilin avqustunda Yaponiyanın məğlubiyyətindən sonra ordu və donanma buraxılmış və bayraq istifadədən çıxarılmışdır. Lakin 1954-cü ildə ölkənin özünümüdafiə qüvvələrinin yaranması vaxtı təkrarə qəbul edilmişdir. Özünümüdafiə dəniz qüvvələri 16 şüalı günəşdən, quru qoşunlaı isə səkkizguşəli variantından istifadə edirlər.
Yapon təcavüzünün qurbanları olmuş ölkələrdə, o cümlədə Cənubi Koreya və Çində bu bayraqdan istifadə təhqir sayılır və yapon militarizminin simvolu hesab edilir.[8]Pekində keçirilən 2008 Yay Olimpiya Oyunlarında yapon azarkeşlərinə bu bayraqdan istifadə edilməməsi xəbərdarlıq edilmidir. Belə ki, bu bayraqdan istifadə çinlilərə problemlər və münaqişələrə gətirib çıxar bilərdi.[9][10]. Yaponiyanın özündə bu bayraq bəzən idman tədbirlərində və bir sıra ultragücə malik qrupların etiraz aksiyalarında istifadə olunurdu.[11] Bayrağın təsvirini həmçinin "Asahi Shimbun" adlanan qəzetin emblemində görmək olar.
Doğan günəş dizaynının istifadə olunduğu nümunələr
Jiraiya, Sunrise and Boat, Utagawa Kunisada (1852) tərəfindən ukiyo-e.
Tairyō-bata ənənəvi bir Yapon balıqçı bayrağdır. Bu gün gəmilərdə və festival və tədbirlər üçün dekorativ bayraq kimi istifadə olunur.
Asima Shimbun şirkətinin bayrağı
Osakanın Yüz Görünüşü, Üç Böyük Körpü, Utagawa Kunikazu tərəfindən nəşr olunan ukiyo-e, 1854. Kompozisiya Nanhwa Üç Körpüsünün arxasında səhər günəşinin yüksəldiyini göstərir.
"Yaxşı və pis uşağın əlindən", "Kiyomori girişi" ndən (Adachi Ginbo, 1885)