Doğma torpaq, Azərbaycan (film, 1960)

Film Sovet hakimiyyətinin 40 ili ərzində Azərbaycanın iqtisadiyyat sahəsində və mədəni həyatda qazandığı nailiyyətlər haqqındadır.

Doğma torpaq, Azərbaycan
Janr tarixi
Rejissor Muxtar Dadaşov
Ssenari müəllifi Muxtar Dadaşov
Operatorlar Muxtar Dadaşov
Əlibala Ələkbərov
Vladimir Zbudski
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1960
Filmin növü tammetrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1960
Texniki məlumatlar 6 hissə
2016 metr
35 mm
Rəng rəngli

Filmdə Şərqin azad olunmuş qadını mövzusuna üstünlük verilmişdir. Burada biz Natəvanın heykəl portretini, rəssam Əzim Əzimzadənin rəsmlərini, xoreoqrafiya məktəbinin gənc balerinalarını, "Sevil" operasından bir səhnəni, "Çinar" rəqs ansamblını, professor Umnisə Musabəyovanı, məşhur pambıqçı Şamama Həsənovanı, şairə Mirvarid Dilbazini görürük.

Neft Daşlarında yanğının söndürülməsi epizodu da filmə daxil edilmişdir. Xalqlar dostluğu mövzusu filmin ana xəttini təşkil edir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Muxtar Dadaşov
Ssenari müəllifi: Muxtar Dadaşov
Operator: Muxtar Dadaşov, Əlibala Ələkbərov, Vladimir Zbudski
Səs operatoru: Əziz Şeyxov
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.