Tısbağalar

Tısbağalar (lat. Testudines) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi.

Tısbağalar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Su tısbağalarının ayaq pəncələrində barmaqlarının arasında pərdə vardır. Bu, suda üzməyi asanlaşdırır, sürəti artırır. Bu pərdə quru tısbağalarında olmur.

Müasir tısbağaların ölçüləri və çəkiləri

[redaktə | mənbəni redaktə et]

Tısbağaların ölçüləri böyük diapazonda dəyişir. Dəniz tısbağaları quruda yaşayanlardan böyükdür. Ən böyük müasir tısbağa dərili tısbağalardır (Dermochelys coriacea), uzunluğu 2 m, kütləsi 900 kq. Ən kiçiyi namaklavend tısbağası (Homopus signatus) olub, uzunluğu 10 santimetrdir.