Dominant (ekologiya)

Rhizophoraceae (manqrov) tropik bataqlıqlarda dominantlıq edir
Rhizophoraceae (manqrov) tropik bataqlıqlarda dominantlıq edir

Dominant (lat. Dominans- hakimlik edən)- fitosenozların müxtəlif yaruslarında üstünlük təşkil edən bitki növləri. Biosenozun əsas qatlarında üstünlük təşkil edən, yəni dominantlıq edən bitki növləri dominant, ikinci dərəcəli qatlarda üstünlük təşkil edən növləri isə subdominantlar adlanır. Fitosenozun hakim yarusunda yalnız bir dominant varsa, ona monodominant, fitosenozda bir neçə dominant iştirak edərsə, polidominant fitosenoz adlanır. Dominant kütlənin miqdarı, yaxud proyektiv böyüklüyünə gösrə hesablanır. Dominantlar və subdominantlar fitosenozun əsas məhsulunu təşkil etdiyi üçün onlar mühityaradıcı rol oynayaraq çox mühüm əhəmiyyətə malikdir. Biosenozların hesablanmasında dominantlar mühüm əhəmiyyət kəsb edir.[1]

Dominant növ miqdarına və məhsuldarlığına görə yalnız özü və ya digər növlərlə birlikdə qruplaşmanın əsasını formalaşdıran növdür. Dominantlıq aşağıdakı düsturla hesablanır:[2]

D1=n1Nˑ100

Düsturda n1-növün sayı, N biosenozda fərdlərin ümumi sayı.

Dominantın arealı

[redaktə | mənbəni redaktə et]

Dominantın arealı dominantlıq edən növün tutduğu areal deməkdir. Növ formasiyası yaradaraq onun coğrafiyasını müəyyənləşdirərsə, arealın dominantlıq hissəsi, növ digər növlərlə birlikdə polidominant formasiya yaradırsa, arealın kondominant hissəsi adlanır. Dominant arealı xəritəsini tərtib edərkən geobotaniki xəritələrdən istifadə edilir.[2]

Bitkilər

Tam və natamam dominantlıq haqqında anlayış.

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008
  2. 1 2 Qərib Məmmədov, Mahmud Xəlilov. Ekoloqlarin məlumat kitabi. Bakı-Elm-2003.