Donald Tredqold

Donald Tredqold (ing. Donald W. Treadgold; 24 noyabr 1922, Silverton[d], Oreqon[2][1]13 dekabr 1994[1]) — ABŞ tarixçisi, slavyanşünassovetoloq. Slavyan, Şərqi Avropa və Avrasiya Araşdırmaları Assosiasiyasının prezidenti (1977).

Donald Tredqold
ing. Donald W. Treadgold
Doğum tarixi 24 noyabr 1922(1922-11-24)
Doğum yeri
Vəfat tarixi 13 dekabr 1994(1994-12-13)[1] (72 yaşında)
Elmi adı
Təhsili

1943-cü ildə Oreqon Universitetini bitirib. 1943–1946-cı illərdə Avropada orduda xidmət edib, hərbi kəşfiyyatda kapitan rütbəsinə qədər yüksəlib. O, 1947-ci ildə Harvard Universitetində magistr dərəcəsi, üç il sonra isə Oksford Universitetində tarix üzrə doktorluq dərəcəsi alıb. 1949-cu ildə o, Vaşinqton Universitetinə daxil olub, 1993-cü ilin iyun ayının sonunda oradan ayrılıb. On il Tarix kafedrasına rəhbərlik etmişdir. Slavyan, Şərqi Avropa və Avrasiya Araşdırmaları Assosiasiyasının prezidenti (1977). 1968–1975-ci illərdə "Slavyan icmalı" (ing. Slavic Review) jurnalının redaktoru olmuşdur.

  • Lenin and His Rivals: The Strungle for Russia's Future 1898-1906 (1955);
  • The Great Siberian Migration (1957; 1976, ikinci nəşri);
  • Twentieth Century Russia (1959);
  • The Development of the USSR (1964);
  • Soviet and Chinese Communism (1967);
  • The West in Russia and China (1973; 1985, ikinci nəşri);
  • A History of Christianity (1979);
  • Gorbachev and the Soviet Future (1988; həmmüəllif);
  • Freedom: A History (1990);
  • Byzantium and Its Army, 284-1081 (1995);
  • The Treadgold Papers in Russian, East European, and Central Asian Studies (2003).
  1. 1 2 3 4 The Seattle Times.
  2. 1 2 3 4 5 6 REECAS, University of Washington.
  3. 1 2 NYU Press.
  4. 1 2 Rhodes Scholar Database.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]