Doqquz Oğuz (q.türk 𐱅𐰇𐰼𐰜:𐰉𐰆𐰑𐰣 ( ), Toquz Oγuz;[1] çin. 鐵勒九姓 / 铁勒九姓 tielè jiǔxìng) — türk tayfası, Telelərnin doqquz boyu.
Doqquz Oğuz türk tayfaları indiki Çin Türküstanının şərq hissəsinə (Turfan) sahib idilər. 794-cü ildə bu ərazini tibetlər, 866-cı ildə uyqurlar tutmuşdu və bu ad uyqurlara keçmişdi.[2]
VI yüzillikdən etibarən Göytürklərin idarəsində toplanan Türk tayfalarından bir qismi kimi Doqquz Oğuzlar da öz aralarında birlik quraraq Tula-Selenge çayları bölgəsində Doqquz Oğuz xaqanlığını meydana gətirdilər. Göytürk хaqanlığının, Qutluq şad (Ültəris xaqan) tərəfindən 682-ci ildə də ikinci dəfə qurulmasından sonra, Göytürklər, hakimiyyətliklərini qəbul etməyən oğuzların üzərinə yürüş etdilər. Tula çayı kənarında edilən qanlı bir savaşda, Doqquz Oğuzlar yenildilər. Amma, Göytürklərin hakimiyyətini qəbul etmədilər. Ültəris xaqan Oğuzların üzərinə bir çox səfər təşkil elədi və Baz xaqanı məğlub edib Oğuzların mərkəzi Ötükən və çevrəsini ələ keçirdilər. Bu məğlubiyyət nəticəsində Ültəris xaqanın hakimiyyətin qəbul etmək məcburiyyətində qalan Oğuzlar, Göytürklərin Qırğız səfərinə qatıldılar. Göytürk xaqanlarından Bilgə xaqan zamanında üsyan etdilər. Bir il içində bir neçə dəfə hərbə girən Oğüzlar; yenilərək, geri çəkildilər. Daha sonra Doqquz-Tatarlar ilə ittifaq quraraq Göytürklərlə mübarizə etdilərsə də yenə məğlub olaraq, Çin tərəflərə köç etdilər. Bir müddət sonra təkrar köhnə yurdlarına geri döndülər.
Göytürk dövlətinin müstəqilliyi itirdiyi 50 illik dövrdə, uyğurlar Doqquz Oğuz boylarını da tamamilə öz himayələrinə götürərək Tula Çayı sahilində bir bəylik qurdular. Çin tərəfindən dərhal tanınan Uyğur bəyliyi, Altay dağlarını da aşaraq Qərb Göytürk qolu olan On Oxlar ərazisinə daxil olacaq qədər güclənmişdi. Lakin Aşina ailəsindən Kutluq xaqanın (İlteriş xaqan) 681-ci ildə Göytürk elini təkrar bir yerə toplaması nəticəsində uyğurlar, Göytürk birliyinə qatıldılar.
Daha sonra uyğurlar və Doqquz Oğuz boyları, Göytürklərin çöküşündə əhəmiyyətli rol oynadılar. Orhun Kitabələri onların qiyamları haqqında xeyli çox məlumat təqdim edər. Məsələn dövlətin ən güclü xaqanı olaraq gözə dəyən Kapqan xaqan Doqquz Oğuz boylarından Bayırkuların pusqusunda öldürülmüşdür. Göktürk dövlətinin çöküşü zamanı, 740-cı illərdə Uyğurlar Göytürklərin əleyhinə yenidən gücləndilər. Göytürklərin yaxşıca zəiflədiyindən faydalanan uyğurlar, Basmıl və Qarluq boylarıyla ittifaq yaradaraq son Göytürk xaqanları Ozmış və Pomeini öldürdülər. Əvvəlcə Basmıl rəhbərini xaqan elan edən uyğurlar, pillə olaraq istifadə etdikləri bu xaqanı öldürərək öz yabguları Kutluq Müdrik Külü Göytürklərin (Hunların da) paytaxtı olan Ötükəndə xaqan elan etdilər (745-ci il). Beləcə Ötükəndə Uyğur xaqanlığı dövrü başlandı.
Doqquz Oğuzlar zaman-zaman uyğurlara qarşı da üsyan etməkdən geri durmadılar. Köhnə müttəfiqləri Doqquz Tatarlar ilə birləşərək Uyğur xaqanı Moyunçura qarşı cəbhə aldılar. Zaman-zaman Çinə getdilər. Daha sonra Çindən çıxaraq köhnə yurdlarına geri döndülər. Uyğur dövlətinin çökməsi üzərinə basqıya düşərək Sır-Dərya (Seyhun) kənarına və onun quzeyindəki çöllərdə yerləşdilər. X yüzildə, köçəri həyatı buraxaraq, oturaq yaşam sürməyə başladılır.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |