Doyran gölü ( mak. Дојранско Езеро)[1][2][3] — Şimali Makedoniya və Yunanıstan sərhəddində göl. Gölün 27,3 km²-lik sahəsi Şimali Makedoniya ərazisinə, 15,8 km²-lik sahəsi isə Yunanıstana məxsusdur.
Doyran gölü | |
---|---|
mak. Дојранско Езеро yun. λίμνη Δοϊράνη | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 148 m |
Eni | 7,1 km |
Uzunluğu | 8,9 km |
Sahəsi |
|
Həcmi | 0,08 km³ |
Dərin yeri | 10 m |
Tökülən çay | Surlovskaya |
Axan çay | Qelaya |
Yerləşməsi | |
41°12′53″ şm. e. 22°44′39″ ş. u.HGYO | |
Ölkə | Şimali Makedoniya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Doyran gölü Ş.Makedoniyanın Doyran, Yunanıstanın isə Kilkis əyalətinə aiddir. Ümumi sahəsi 43,1 km² olan göl tektonik mənşəlidir. Gölün şimal sahilində Belasisa dağları yerləşir. Göl dairəvi formaya malikdir. Uzunluğu 8,9 km, eni isə 7,1 km-dir. Maksimal dərinliyi 10 metr, su həcmi 0,08 km³, su toplayıcı sahəsi isə 271,8 km²-dir.
Doyran gölü Oxrid və Prespa göllərindən sonra Şimali Makedoniyanın üçüncü ən böyük gölüdür. Göl dördüncü dövrdə meydana gəlmiş və tektonik-vulkanik mənşəlidir.
Herodot öz əsərində gölü Prasiada (q.yun. Πρασιάς) kimi göstərmişdir.[4] Doyran gölü həmçinin Prasiy gölü kimi də tanınır (Πρασιάδα λίμνη).
Doyran gölünə Surlovskaya və Xadja çayları tökülür. Çaylar öz başlanğıclarını Belasisa massivindən götürür. Göldən çıxan Qelaya çayı Vardar çayının qoludur.
Göl suyunda 16 balıq növü qeydə alınıb. Su hövzəsindəki «Muriya» meşəsi ölkənin təbiət abidələri siyahısına daxil edilmişdir. Meşə və Doyran meşəsinin 200 hektarlıq ərazisi Avropa İttifaqının «Natura 2000» şəbəkəsinə namizəddir.
Gölün Şimali Makedoniyaya aid hissəsində Doyran, Nov-Doyran, Sretenovo və Nikolik, yunan hissəsində isə Doyrani kəndləri yerləşir.
Son illərdə göl suyunun kənd təsərrüfatı istiqamətində istifadəsi nəticəsində azalması müşahidə olunur. 1988-ci ildə göl suyunun həcmi 262 milyon m³ olduğu halda, 2000-ci ildə 80 milyon m³ olmuşdur. Bu həm də gölün fauna və florasına təsir göstərmiş və 140 növün məhf olmasına səbəb olmuşdur.