Drakonian

Draconian İsveçdən olan Gothic/Doom metal qrupu. Yaradıcılıqları My Dying Bride, Tristania, köhnə işləri isə Theatre of Tragedy qrupları ruhundadır.Qrup həm qadın,həm də kişi vokalından istifadə edir.Daha dəqiq qadın öz məlahətli vokalı ilə mələk, kişi isə ağır qroulu ilə şeytan obrazı yaradır.

Draconian
Loqonun şəkli
Əsas məlumatlar
Üslub Dum Metal/Qotik metal
Fəaliyyət illəri 1994—indiyədək
Ölkə İsveç İsveç
Şəhər İsveç
Leybl Napalm Records
Heyət Johan Ericson
Anders Jacobsson
Lisa Johansson
Jerry Torstensson
Daniel Arvidsson
Keçmiş üzvlər Heike Langhans
Fredrik Johansson
Andy Hindenäs
Andreas Karlsson
Jesper Stolpe
Susanne Arvidsson
Magnus Bergström
Elena Andersson
Thomas Jäger
Digər layihələr Doom:VS
draconian.se
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1994-cü ilin may ayında 3 istedadlı isveçli gənc Johan Ericson, Andreas Hindenas və Jesper Stolpe black -ləşmiş "melodic death metal" oynamaq üçün Kerberos ansamblına daxil olmağa qərar verdilər. Yeddi ay sonra qrupa lider-vokalist və mətnlərin müəllifi Anders Jacobsson daxil olur və bundan sonra qrup adını dəyişməyi qərara alır. Növbəti bir neçə ayda qrup ilk demoları üzərində işləməyə başladılar, hansı ki, Jessica Eriksson(fleyta,vokal), Susanne Arvidsson(vokal,keyboarder), Andreas Haag(keyboarder) da iştirak etdi. Demo 1995-ci ildə tam hazır oldu və "Shades of a Last Moon" adlandırıldı. Lakin o yalnız 1996-cı ilin fevralında işıq üzü gördü. Elə bu ərəfələrdə qrupa yeni gitarist daxil oldu, bu Magnus Bergstrom (Bergis) idi.

İlk demo qrupa müqavilə təklifi gətirmədi, lakin buna baxmayaraq qrup bir neçə leyblın marağına səbəb oldu və onlarla iş görmək istəyənlər peyda oldular. Elə buna görə də Draconian yanvarın sonunda ikinci demolarını - "In Glorius Victory" -ni yazdırır, hansı ki, çox pis keyfiyyətdə yazıldığına görə yenidən yazdırmaq barəsində fikirləşmişdilər.Bir neçə müddətdən sonra Susanne Arvidsson qrupu tərk edir və onu Andreas Karlsson (keyboarder,proqramlaşdırma) əvəz edir. 1998-99 -cu illərdə qrup bir neçə dəfə səhnəyə çıxdı. Publikanın isti münasibəti qrupu yenidən studiya işlərilə məşğul olmağa həvəsləndirir.1999-cu ilin avqustunun əvvəllərində qrup "Kuling" səsyazma studiyasında növbəti demolarını - "The Closed Eyes of Paradise" -ı yazdırır. Sonra isə üzvlər yeni material üzərində işləməyə qərar verdilər, hansı ki, 2000-ci ilin ortalarında o işıq üzü gördü. Bu diskin çıxışından sonra üzvlər daha yüngül, daha kədərli, daha acınacaqlı musiqi ifa etmək istədilər və iki mahnıdan ibarət olan "Frozen Features" demosunu yazdırırlar. Və tezliklə qrupda yerdəyişmələr oldu: Endi qrupu tərk etdi, onu Johan barabana Jerry Torstensson-u dəvət edərək sığortaladı.Qrup dayanmadan çalışır və 2002-ci ilin yayında növbəti - "Dark Oceans We Cry" demosunu yazdırır. Bu demodan etibarən artıq vokalistka Lisa Johansson-un əsrarəngiz səsi eşidilməyə başladı.Bu demo qrupa nəhayət ki, underground fəaliyyətdən çıxmağa və populyarlıq qazanmaqda böyük kömək etdi. Demo pressa tərəfindən çoxlu təriflərə səbəb oldu və qrupa "Napalm Records" şirkətilə müqavilə təklif olundu. Burada qrupda yenidən dəyişiklik baş verir və qrupun köhnə dostu Thomas Jager yeni bassist olur. Nəhayət 2003-cü ilin iyununda kollektiv debüt albomlarını - "Where Lovers Mourn" -u yazdırır. Sessiya Chris Silver -in başçılığı altında "Studio Mega" studiyasında keçir. Albomdakı mahnıların çoxu yenidən üzərində işlənilmiş köhnə mahnılar olur. Növbəti ildə Draconian bu albomla konsertlər təşkil edir, bununla bərabər yavaş-yavaş daha sərt və kədərli olan yeni materialı da hazırlayırlar. İkinci albom "Arcane Rain Fell" Pelle Saether -in başçılığı altında 2005-ci ildə "Studio Underground" studiyasında yazılır. Elə həmin ildəcə qrupun heyətində yenidən yeniliklər olur,gitarist və bassist dəyişilir. 2006-cı ilin əvvəlində Draconian yeni albom üzərində işləməyə başlayır. Amma əvvəlcə onlar fanatların çoxsaylı istəkərini nəzərə alaraq "The Closed Eyes of Paradise" demosunu yeniləyərək bonus-albom buraxırlar. 2006-cı ildə "The Burning Halo" albomu işıq üzü görür. Albomda həmçinin 3 yeni mahnı və 2 cover olur - biri 1970-ci ildə holland bəstəkarı Rock van der Linden tərəfindən "Ekseption" qrupu üçün yazılmış mahnı, digəri isə "Pentagram" qrupunun 1972-ci ildə çıxan repertuarından idi. "The Burning Halo" pressa tərəfindən yüksək qiymət alır. 2008-ci ilin fevral ayının 29-unda "Napalm Records" üzərindən kollektivin sayca dördüncü albomu olan "Turning Season Within" -i təqdim edilir. Albomda məşhur "Novembers Doom" qrupunun vokalisti Paul Kuhr -un da vokalını eşitmək olar. 2008-ci ilin sonlarında qrup "No Greater Sorrow" adlı birtrekli sinql buraxır. 2011-in iyununda Draconianın yeni "A Rose for the Apocalypse" relizi işıq üzü görür. Albom bir daha qrupun bütün albomlardakı keyfiyyətli fəaliyyətini aşkar edir...

Musiqilərin tematikası

[redaktə | mənbəni redaktə et]

Draconian musiqisinin əsas mövzuları sevgi,kədər,qəm,melanxoliyamizantropiya,həmçinin anti-dini fikirlər təşkil edir.

  • Yohan Ericson - Zərb Alətləri, (1994-2002) Vokal (ehtiyat) (1997-h / h), Gitara (2002-h / h)
  • Anders Yakobsson - Klaviş, (1994-1999) Vokal (1994-h / h)
  • Cerri Torstensson - zərb alətləri (2000-h / h)
  • Daniel Arvidsson - ritm gitara (2005-h / h)
  • Lisa Johansson - vokal (2002-2011,2022-h / h)
Albomları
Single-lər
Demo albomlar
  • Shades of a Lost Moon (1996)
  • In Glorious Victory (1997)
  • The Closed Eyes of Paradise (1999)
  • Frozen Features (2000)
  • Dark Oceans We Cry (2002)
Kliplər
  • "The Last Hour of Ancient Sunlight" (2011)
  • "Stellar Tombs" (2016)