Dranq nax Osten (alm. Drang nach Osten — "Şərqə basqın") — XIX əsrin ortalarında meydana çıxan və əsrin ikinci yarısında millətçi diskussiyalarda işlənmiş ifadə. Bu termin XIX əsrdə kayzer Almaniyasında və daha sonra nasist təbliğatında Almaniyanın şərqə doğru ekspansiyasına istinad etmək üçün istifadə edilmiş və almanların digər xalqlarla rəqabətdə "yaşayış sahəsini" genişləndirmək üçün şərqdə alman müstəmləkəçiliyinin strateji əhəmiyyətini vurğulamışdır.XX əsrdə bu termin Sovet və Polşa tarixçiləri tərəfindən alman ekspansiyasını təsvir etmək üçün istifadə edilmişdir.
"Drang nach Osten" doktrinasının ideoloji əsası " Ostforschung " alman elmi tədqiqat istiqaməti çərçivəsində yaradılmışdır.[1][2]