Rudolf Hess

Rudolf Valter Rixard Hess (alm. Rudolf Walter Richard Heß‎; 26 aprel 1894[2][3][…], İsgəndəriyyə[4][1]17 avqust 1987[2][3][…]) — fürerin müavini və Faşist Almaniyasında Görinqdən sonra 3-cü adam. Hess Hitler hakim dairələrinin bir qədər nevrotik üzvü idi. O, 10 may 1941-ci il tarixində Böyük Britaniya ilə sülh bağlamaq məqsədilə Şotlandiyaya üz tutduğu, amma onun uzunmüddətli azadlıqdan məhrum edilməsi ilə nəticələnən uçuşu ilə məşhurdur.

RUDOLF HESS
alm. Rudolf Heß
Şəxsi məlumatlar
Doğum adı Rudolf Walter Richard Heß
Doğum tarixi
Doğum yeri İsgəndəriyyə, Misir
Vəfat tarixi (93 yaşında)
Vəfat səbəbi boğulma
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Qoşun növü piyada, artilleriya[d]
Rütbəsi Leytenant
Döyüşlər
Təltifləri Grand Cross of the Imperial Order of the Red Arrows
Dəmir xaç
Golden Party Badge
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rudolf Hess 26 aprel 1894-cü ildə Misirin İsgəndəriyyə şəhərində dünyaya gəlib. Atası topdan satış və ixracatla məşğul olub. Hess 14 yaşına qədər Almaniyadan kənarda yaşayıb. 1914-cü ildə Birinci dünya müharibəsinin başlanması ilə o, könüllü olaraq alman ordusuna yazılıb. Bu həm də ona despot atasından uzaqlaşmağa imkan yaradıb. Hess universitetə daxil olmaq istəsə də, atası onun ailə biznesini davam etdirməsini istəyib.

Birinci dünya müharibəsində öncə komandir, sonra isə pilot kimi iştirak edən Hess iki dəfə yaralanıb. Müharibədən sonra o, Almaniyada kommunist üsyanlarını yatırmaqla məşğul olan və pul ilə tutulmuş keçmiş əsgərlərdən ibarət sağçı Fraykorps təşkilatına üzv yazılıb.

Münhen Universitetində siyasi elmləri öyrənən Hess şimal irqinin ali irq olduğunu iddia edən və gizli fəaliyyət göstərən anti-semit təşkilatın - Tule Cəmiyyətinin təsiri altına düşüb. Hess həmçinin nəzəriyyələri irqiçilik və istismarçılıq üzərində qurulan Lebensraum (digər millətləri istismar etmək hesabına almanların yaşayış ərazisini genişləndirmək) konsepsiyanının yaradıcısı keçmiş general Karl Haushoferin fikirləri ilə də tanış olmuşdur.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Adolf Hitlerin Münhenin balaca bir pivəxanasında nitqini eşitdikdən sonra Hess 1 iyul 1920-ci ildə nasist partiyasının 16-cı üzvünə çevrilir. Hitlerlə birinci görüşdən sonra Hess gördüyündən çox valeh olduğunu bildirmişdi. Nasist partiyasının ilkin görüş və yığıncaqlarında iştirak edən Hess, Hitlerin nitqini kəsməyə cəhd göstərən hərbiləşmiş marksistlərin qatı düşməni idi.

1923-cü ildə Hess nasist partiyasının Almaniyada hakimiyyəti ələ keçirməyə çalışdığı və iflasla nəticələnmiş Pivə qiyamında iştirak edir. Üsyandan sonra Hess həbs olunaraq, Hitlerlə birgə Landsberq həbsxanasında saxlanılır. Həbsxanada olarkən Hess Hitlerə Mayn Kampf (Mənim Mübarizəm) kitabını yazmaqda köməklik göstərir. O, Lebensraum, Britaniya İmperiyasının tarixdəki rolu və nasist partiyasının təşkili ilə əlaqədar bir sıra fikirlərini kitaba daxil edir.

1925-ci ildə həbsdən azad edilən Rudolf Hess bir neçə il Hitlerin şəxsi köməkçisi vəzifəsində çalışır. 1932-ci ildə Hess Mərkəzi Siyasi Komissiyanın sədri təyin olunur və sadiq xidmətinə görə SS generalı rütbəsi ilə təltif edilir. 21 aprel 1933-cü ildə fürerin müavini vəzifəsinə təyin edilir, lakin bu vəzifə daha çox rəsmi əhəmiyyət kəsb edən nominal başçı vəzifəsinə bənzəyirdi.

Utancaq və özünə inamı olmayan Hess, Hitlerə qarşı bir növ dini bağlılıq, fanatik sədaqət və kor itaətkarlıq nümayiş etdirirdi. O, özünün 1934-cü ildə səsləndirdiyi nitqində belə demişdir: "Böyük qürur hissi ilə deməliyəm ki, yalnız bir şəxs heç vaxt tənqidə məruz qalmır, o da fürerdir. Hamı onun doğru olduğunu və həmişə doğru olacağını bilir və duyur. Nasional sosializm bizdən tənqidsiz itaətkarlıq və müzakirəsiz əmrlərin yerinə yetirilməsini tələb edir. Biz inanırıq ki, fürer alman tarixinin ən dahi şəxsiyyətidir. Bu inamı isə tənqid etmək olmaz".

"İradənin Triumfu" adlı sənədli filminə əsasən onun ən vacib vəzifələrindən biri də, kütləvi yığıncaq və toplantılarda füreri yüksək fanatizm ruhu ilə təbliğ etməkdən ibarət idi. İdarəetmə anlayışının olmaması və sərbəst qərar qəbul etməklə bağlı çətinliklər onu vacib dövlət əhəmiyyətli vəzifələrdən kənarlaşdırmışdır. O fürerdən tamamilə asılı idi.

Rudolf Hess portfelsiz reyx naziri, Gizli Kabinet Şurasının və Reyxin Müdafiəsi üzrə Nazirlər Şurasının üzvü olmuşdur. 1939-cu ildə Hess Hitlerdən sonra hakimiyyəti ələ ala biləcək şəxslər arasında Gerinqdən sonra 2-ci yeri tuturdu.

Müəyyən müddətdən sonra onun məhdud hakimiyyəti Hitlerin ətrafındakı nasistlərin şəxsi hakimiyyət uğrunda aparılan siyasi intriqaları nəticəsində xeyli zəifləmişdi. Hessin zəifliyi üzündən Hitlerin ikinci xələfi rolunda artıq Martin Bormann görünürdü.

Özünü fürerin gözündə yüksəltmək və itmiş hörmətini yenidən bərpa etmək məqsədilə Hess 10 may 1941-ci ildə, hələ almanlar SSRİ-yə hücum etməmiş, əyninə Lüftvaffe uniforması geyinərək təkbaşına alman qırıcı təyyarəsində sülh bağlamaq məqsədilə Şotlandiyaya uçuş həyata keçirir. Burada o, 1936-cı il Berlində Olimpiya oyunlarında tanış olduğu Hamilton hersoqu ilə görüşmək istəyirdi.

Britaniyaya qaçış

[redaktə | mənbəni redaktə et]

Ekstra yanacaq baklarına sahib Messerşmit ME-110 təyarəsilə mahir pilot Hess, Şimal dənizi üzərində 900 millik məsafəni 5 saata qət edərək, hersoqun iqamətgahından 30 mil aralıda yerə enir. 6000 fut yüksəklikdən Hess paraşütlə eniş edir və rastlaşdığı şotland fermerinə ingiliscə "Mənim Hamelton hersoqu üçün vacib məlumatım var" deyir.

Hess Britaniya hökumətini, Hitlerin yalnız alman xalqı üçün Lebensraum qazanmaq istədiyinə və dost "şimal" xalqını məhv etmək fikrində olmadığına inandırmağa çalışırdı. O həmçinin Hitlerin Sovet İttifaqına hücum planını bilir və Almaniyanın iki cəbhədə, şərqdə Sovet İttifaqı və qərbdə britaniyalılar və onların mütəffiqlərinə qarşı, birdən vuruşmasının qarşısını almaq istəyirdi.

Britaniya ordularının kazarmalarında dindirilən zaman, o britaniyalılara Nasist Almaniyasının Avropada hegemonluğunu tanıdığı təqdirdə Britaniyanın Hitler tərəfindən toxunulmayacağını bildirirdi. Rudolf Hess həmçinin almanların qələbəsinin qaçılmaz olduğunu və britaniyalıların almanların səxavətli sülh müqaviləsini qəbul etmələri üzərində təkid edirdi. Əks halda o britaniyalıları blokada və kütləvi ölümlə nəticələnicək aclıqla hədələyirdi.

Amma Hess əsirlikdə saxlanılarkən əqli dayanıqsızlıq nümayiş etdirdiyindən onu yarı dəli sayırdılar. Bunu tezliklə başa düşən və bəyanatlarından qəzəblənən Vinston Çörçill onun həbs edilməsini və onunla yüksək rütbəli hərbi əsir kimi davranılmasını tələb edir.

Çıxılmaz vəziyyətə düşmüş Hitler tərəfindən Hess dəli elan edilir və beləliklə nasistlər onu özgəninkiləşdirirlər. Onun uçuşu Hitler və nasistləri onun hərəkətlərinin izahını verməkdə çətinlik çəkmələrinə səbəb olur.

Nürnberq məhkəməsi

[redaktə | mənbəni redaktə et]
Görinq və Hess Nürnberq məhkəməsində

Britaniya həbsi dövründə Hess get-gedə özünü daha qəribə aparır və tez-tez yeməyinə zəhər qatılması kimi paranoidal fikirlər səsləndirir. 1945-ci ildə Hess Almaniyaya Nürnberq Beynəlxalq Hərbi Tribunalının qarşısında cavab vermək üçün qaytarılır.

Məhkəmə zalında o vaxtaşırı dizorientasiyadan əziyyət çəkir, uzun müddət bir nöqtəyə gözünü zilləyir və amneziya yaşayırdı. Zəkası aydınlaşanda isə o Hitlerə olan ləyaqətindən danışır və sonda belə bir nitq söyləyir: "Alman millətinin min illər ərzində dünyaya gətirdiyi ən dahi şəxsiyyətin rəhbərliyi altında çalışmaq mənim üçün böyük bir xoşbəxtlik idi. Mən həyatımın bu dövrünü əgər mümkün olsaydı belə silmək istəməzdim. Əgər mən bunların hamısının başlanğıcında olsa idim və məni dirəyə bağlayaraq yandırmaqla hədələsəydilər də, mən yenə də getdiyim həyat yolunu təkrarlayardım". Ruhi vəziyyətinin qeyri-stabilliyinə baxmayaraq o, ömürlük həbsə məhkum edildi.

Sovet İttifaqı əvvələr Hessin erkən azadlığa buraxılması üçün bütün cəhdlərin qarşısını alsa da 1986-cı ildə SSRİ ilk dəfə olaraq humanistlik etmək məqsədilə Hessin azadlığa çıxarılması məsələsini müzakirəyə qoyur. 1987-ci ili payızında hətta onun azadlığa buraxılması haqqında qərar qəbul edilməsi də planlaşdırılırdı.

O 1987-ci il 17 avqustda 92 yaşlı Rudolf Spandau həbsxananın həyətində elektrik naqilindən asılı vəziyyətdə tapılır.

Hess Nürnberq məhkumlarının sonuncusu idi.

  1. 1 2 Nuremberg Trials Project. 2016.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Rudolf Heß // filmportal.de. 2005.
  4. Гесс Рудольф // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]