Henrix Himmler (alm. Heinrich Luitpold Himmler; 7 oktyabr 1900[1][2][…], Münxen, Bavariya Krallığı, Almaniya imperiyası[3] – 23 may 1945[3][1][…]) — III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri. Çoxsaylı hərbi cinayətlərdə və soyqırımda təqsirli bilinib.
HENRİX HİMMLER | |
---|---|
alm. Heinrich Himmler | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Heinrich Hitzinger, Genrich Gimmler[5] |
Doğum adı | Heinrich Luitpold Himmler Yaker[5] |
Doğum tarixi | 7 oktyabr 1900[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 may 1945[3][1][…] (44 yaşında) |
Vəfat səbəbi | sianiddən zəhərlənmə[d][6][7] |
Vətəndaşlığı | |
Uşağı | 3[4] |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Üçüncü Reyx |
Qoşun növü | Almaniya İmperiyası ordusu |
Xidmət illəri | 1925–1945 |
Rütbəsi | Reyxfürer-SS |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Himmler 7 oktyabr 1900-cü ildə Münhen şəhərində, müəllim ailəsində anadan olub. Uşaqlıqdan hərbçi olmaq istəyib. Hərbi məktəbi bitirdikdən sonra, "Könüllü korpusun" bölmələrindən birinə daxil olub. Münhen Texniki İnstitutunun Kənd təsərrüfatı fakültəsində təhsil alıb. 1923-cü il Pivə qiyamında iştirak edib. 1925-ci ildə Alman Nasional Sosialist Fəhlə Partiyasına qəbul edilir və partiyanın rəhbərlərindən olan Qreqor Ştrasserin şəxsi katibi olur. Bir müddət sonra Bavariya federal əyalətində NSDAP-nin qaulayteri təyin edilir. 1928-ci ildə Prussiya zadəganlarından olan Marqaret fon Bodenlə evlənir. 6 yanvar 1929-cu ildə Hitlerin qərarı ilə SS reyxsfüreri vəzifəsinə təyin edilir. 1931-ci ildə Himmler öz şəxsi gizli təşkilatı olan SD-nin yaradılması ilə məşğul olur və bu təşkilatın rəhbəri vəzifəsinə Reynhard Heydrixi təyin edir. 1933-cü ildə Himmler Münhen polisinin rəhbəri vəzifəsinə təyin edilir. Hitlerin göstərişi ilə o, 1933-cü ildə Dahauda konslager yaradır. 20 aprel 1934-cü ildə Herman Görinq Himmleri Prussiya Gestaposunun rəhbəri vəzifəsinə təyin edir. 17 iyun 1936-cı ildə Hitlerin əmri ilə Almaniyanın həm hərbi, həm də mülki polis xidmətləri Himmlerin tabeçiliyi altına keçir. Himmlerin rəhbərliyi altında SS qoşunu da yaradılır. 1943-cü ildə İmperiya Daxili İşlər naziri vəzifəsinə keçir, uğursuz 1944-cü il iyul sui-qəsdindən sonra isə ehtiyat ordunun komandanı təyin edilir. 1943-cü ilin yay aylarından başlayaraq öz etibarlı şəxsləri vasitəsilə qərb xüsusi xidmət orqanları ilə separatçı sülh bağlamaq məqsədilə əməkdaşlıq etməyə başlayır. Üçüncü reyxin dağılmasına yaxın bundan xəbər tutan Hitler Himmleri bütün tutduğu vəzifələrdən azad edir və xəyanətkar kimi onu NSDAP-dən xaric edir.
Himmler 21 may 1945-ci ildə Danimarka sərhədini keçməyə çalışarkən Britaniya hərbi qüvvələri tərəfindən yaxalanmışdır. 23 may 1945-ci ildə o zəhər qəbul edərək öz həyatına son qoymuşdur.