Durbaş (Təkab)

Durbaş (fars. دورباش‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd.

Durbaş
36°19′51″ şm. e. 47°13′45″ ş. u.HGYO
Ölkə  İran
Əhalisi
Əhalisi 1067 (2006) nəfər
Xəritəni göstər/gizlə
Durbaş xəritədə
Durbaş
Durbaş

Bu kəndin adı Azərbaycan dilindəki dur (dayan, qalx) və baş (üst, yuxarı, yüksək, hündür) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu isə kəndin yüksək yerdə yerləşməsi ilə əlaqədardır.

Durbaş kəndi Təkab bölgəsinin cənub-şərqində yerləşir. Sabil, QırxlıTamay kəndləri ilə həmsərhəddir. Kənd dağlıq ərazidə yerləşdiyindən qışı çox qarlı və soyuq keçir.

2006-cı il məlumatına görə kənddə 1.067 nəfər[1] yaşayır (231 ailə). Durbaşlıların çoxu demək olarki müxtəlif şəhərlərə o cümlədən Tikantəpə, Zəncan, Urmiya,Təbriz, TehranKərəc kimin şəhərlərə köçmüşlər. Təxminən 10.000 nəfərə yaxın Durbaşlı yuxarıda adları çəkilən şəhərlərdə yaşaşayır.[mənbə göstərin]

Durbaş kəndində yaşayanların şiə etiqadlı Azərbaycan türklərindən ibarətdirlər. Durbaşlılar Avşar boyundandırlar.

Bu kənddə yaşayanların əsas gəlir qaynağı əkinçilik, davar saxlamaq və arıçılıqdır. Ancaq son illərdə meyvəçilik də az miqdarda olsa inkişaf etmişdir.

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]

Durbaş kəndinin əsas görməli yerlərindən biri Ənsarlı Xoca Yaqubun türbəsidir. Bununla yanaşı Durbaş qalası və kəndin daxilində köhnə hamam öz mövcudluğunu qoruyur.

  • Durbaşlılar yaz fəsilinin sonuncu cümə günündə Xoca Yaqıb türbəsinə gedərək onu ziyarət edirlər.
  • Bu kənddə yaşları 50-dən yuxarı olan kişilərin adının sonuna sayğı və hörmət əlaməti olaraq ka şəkilçisini əlavə edirlər. Misal: Əlika, Hüseynka və s.
  1. "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.