Duyğu Asena (19 aprel 1946[1], İstanbul – 30 iyul 2006[2][1], İstanbul) - Türkiyəli jurnalist, yazıçı.
Duyğu Asena | |
---|---|
Duygu Asena | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist, aktrisa, aktivist, pedaqoq, aparıcı |
Fəaliyyət illəri | 1984-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Duyğu Asena Nihal və Muxtarın qızı olaraq İstanbulda anadan olub. Atası küncüt biznesi ilə məşğul olub. Babası CHP Gümüşhane millət vəkili Əli Şövkət Öndərsevdir, şair İnci Asena isə onun bacısıdır.[3] O, orta təhsilini Kadıköy Özəl Qız Kollecində bitirdikdən sonra İstanbul Universitetinin Pedaqoji fakültəsində təhsil alıb. İş həyatına pedaqoq kimi başlayan Asena, Haseki Xəstəxanası Uşaq Klinikasında və İstanbul Universiteti Uşaq Evində çalışıb. Qəzetdəki ilk yazısı 1972-ci ildə “Hürriyyət” qəzetində “Kəpənək” əlavəsində dərc edilib. Bu vaxtdan sonra müxtəlif jurnal və qəzetlərdə jurnalist və idarəçi olaraq çalışıb. Türkiyədə qadın jurnalları sırasında ən önəmli jurnallardan “Qadınca” jurnalının 1978-1992-ci illər arasında baş redaktoru olub.[4] 1992-1997-ci illər arasında o, TRT-2 telekanalında “Ondan sonra” adlı veriliş hazırlayıb.
İstanbulda Zəncirliquyu qəbiristanlığında Duyğu Asenanın məzarı
Jurnalistika fəaliyyətilə yanaşı, yazıçılığını da davam etdirən D.Asena, ilk kitabı “Qadının adı yoxdur” ilə məşhurlaşıb. Kitab Türkiyədə ədəbsiz hesab edildiyi üçün 1988-ci ildə qadağan edilib. Uzun sürən məhkəmə çəkişməsindən sonra təkrar nəşrinə icazə verilib və həmin il rejissor Atıf Yılmaz tərəfindən filmi çəkilib.
Yazıları və kitablarında toxunduğu mövzulara görə o, feminist yazıçı olaraq tanınıb. D.Asena 2006-cı il iyulun 30-da beyin şişindən müalicə aldığı VKV Amerika xəstəxanasında vəfat edib. Onun nəşi Zəncirliquyu qəbiristanlığında torpağa tapşırılıb. Türkiyə P.E.N. Yazıçılar Dərnəyi 2006-cı ildə Türkiyə qadın hərəkatına xidmətlərinə görə D.Asenanın adına mükafat təsis edib və ilk mükafatı Lətifə xanım onun tərcümeyi-halı səbəbilə İpek Çalışlara verib.[5]