Eşqin Hüseynov (əsgər, 2001)

Eşqin Cəmil oğlu Hüseynov (1 oktyabr 2001; Hunanlar, Tovuz rayonu, Azərbaycan — 5 mart 2023; Şuşa, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. 5 mart 2023-cü ildə Xankəndi-Xəlfəli-Turşsu yolunda qeyri-qanuni erməni birləşmələrinin Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur.

Eşqin Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Hunanlar, Tovuz rayonu, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Şuşa rayonu, Azərbaycan
Dəfn yeri Hunanlar, Tovuz rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Cəmil Hüseynov
Anası Elnarə Bayramova
Təhsili orta
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2019—2023
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2023 "Cəbrayılın azad olunmasına görə" medalı — 2021 "Füzulinin azad olunmasına görə" medalı — 2021 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
"Vətən müharibəsi iştirakçısı" medalı — 2022

Həyatı[redaktə | mənbəni redaktə et]

Eşqin Hüseynov 1 oktyabr 2001-ci ildə Tovuz rayonunun Hunanlar kəndində Cəmil Hüseynovun və Elnarə Bayramovanın ailəsində anadan olmuşdur.[1] 2007–2018-ci illərdə Tovuz rayon Hunanlar kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Eşqin Hüseynov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Eşqin Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sıravi olaraq iştirak etmişdir. CəbrayılınFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.

Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənovun 28.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Hüseynov 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Hüseynov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Hüseynov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

İkinci Qarabağ müharibəsində iştirakına görə Eşqin Hüseynov baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.[5]

Eşqin Hüseynov İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra müddətli hərbi xidmətinə davam etmiş, müharibədə fərqləndiyinə görə medallarla təltif edilmişdir. 2021-ci ildə hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılaraq kursları fərqlənərək bitirmişdir. Kursları bitirdikdən sonra yenidən orduya qayıdan Eşqin Hüseynov Xüsusi Təyinatlı Qüvvələrin Şuşada yerləşən "N" saylı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət edirdi.[6]

5 mart 2023-cü ildə səhər saatlarında qanunsuz erməni silahlı dəstələri Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat və şəxsi heyət daxil etməyə cəhd göstərmişdir.[7] Azərbaycan Ordusu tərəfindən qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri saxlanılaraq yoxlanılıb. Nəticədə, qarşı tərəfdən atəş açılıb və baş vermiş atışmada hər iki tərəfdən həlak olan və yaralananlar olmuşdur. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan əsgər Eşqin Hüseynov da baş verən atışmada qarşı tərəfdən açılan atəş nəticəsində şəhid olmuşdur.[8] Eşqin Hüseynovun nəşi evə gətirilmiş və 6 mart 2023-cü ildə doğulduğu Tovuz rayonunun Hunanlar kəndində dəfn olunmuşdur. Dəfn mərasimində hərbçinin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və kənd sakinləri iştirak etmişlər.[9]

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Eşqin Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[10]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şəhidlərimiz haqda yeni xəbər - ÖZƏL + FOTOLAR". www.aqreqator.az (az.). 05.03.2023. 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.03.2023.
  2. "Şəhid Eşqin Hüseynov haqqında məlumat". www.unudulmazlar.az (az.). 2023-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. 1 2 "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 10.02.2022. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.02.2022.
  6. "Şəhid Eşqin Hüseynov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO". www.oxu.az (az.). 06.03.2023. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.03.2023.
  7. "Ermənistan tərəfi növbəti dəfə təxribat törədib". www.mod.gov.az (az.). 05.03.2023. 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.03.2023.
  8. "Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar". www.mod.gov.az (az.). 06.03.2022. 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.03.2023.
  9. "Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunub - YENİLƏNİB". www.report.az (az.). 06.03.2023. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.03.2023.
  10. 1 2 Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 25.06.2023. Archived from the original on 2023-06-25. İstifadə tarixi: 26.06.2023.
  11. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2021.
  12. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.