Edinson Kavani

Edinson Kavani (isp. Edinson Roberto Cavani Gómez) — Uruqvaylı futbolçu. İspaniyanın Valensiya klubunun və Uruqvay Milli futbol komandasının oyunçusu.

Edinson Kavani
Ümumi məlumatlar
Doğum tarixi 14 fevral 1987(1987-02-14)[1][2][…] (37 yaş)
Doğum yeri
Vətəndaşlığı Uruqvay Uruqvay
Boyu 188 sm
Çəkisi 71 kq
Mövqeyi Hücumçu
Əsas ayağı Sağ
Klub haqqında məlumat
Klub Fransa Manchester united
Nömrəsi 21
Karyerası
Gənclik karyerası
Uruqvay Danubio
Klub karyerası[* 1]
2005—2007 Uruqvay Danubio 25 (9)
2007—2010 İtaliya Palermo 109 (34)
2010—2011   İtaliya Palermo 35 (26)
2011—2013 İtaliya Napoli 69 (52)
2013—h.h Fransa Paris Sen-Jermen 120 (78)
Milli yığma[* 2]
2006—2007 Uruqvay Uruqvay (20 yaşlılar) 70 (24)
2008—h.h Uruqvay Uruqvay 70 (24)
2012 Uruqvay Uruqvay (olimp.) 5 (3)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 1 fevral 2015 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 noyabr 2012 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edinson Roberto Kavani Qomez 2 fevral 1987-ci ildə Uruqvayın Salto şəhərində anadan olmuşdur.[3] Qardaşları Kristian Kavani və Azərbaycan Premyer Liqasının bombardiri olmuş Valter Quqlemon da futbolçu olublar.[3][4] Yaşca qardaşlarından kiçik olan Kavaninin karyerası daha uğurlu alınıb. Uşaqlıqdan həyatında çətinlik çəkən Kavani həmin günləri belə yada salır: "Ailəmin mənə "Cola" ala biləcək qədər pulu yox idi. Gündəlik xərclərə, qida və paltara olan tələbatımızı güclə ödəyirdik".[3]

Erkən yaşlarından futbola olan marağı və həvəsi atası tərəfindən diqqətsiz qalmır. Ailə başçısı şəxsi münasibətləri hesabına oğlunu "Danubio"nun uşaq futbol məktəbinə yazdırır.[3]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

18 yaşında "Danubio"nun əsas komandasında debüt edir.[3] "Danubio"da oynadığı 2006/07 mövsümündə Uruqvay çempionu olub. 19 yaşlı forvard meydanda olduğu 19 oyunda beş qola imza atıb.[3] Qısa zamanda göstərdiyi oyunla aşağı yaş qrupları üzrə milli komandalara cəlb olunur. 2007-ci ildə U-20-lər arasında Paraqvayda keçirilən Cənubi Amerika çempionatı onun üçün uğurlu alınır. Bu turniri onun karyerasında dönüş anı olur. Edinson 7 qolla turnirin bombardiri olur. 2011-ci ildə əsas milliylə Kopa Amerika turnirinin qalibi olmağı bacarıb. Fiziki baxımdan güclü olması, texniki bacarığı və çevikliyi Real MadridYuventus kimi klubların ona "elçi düşməsinə" səbəb olur.[3]

Kavani nəhəng klublarla deyil, "Palermo" ilə anlaşır.[3] Siciliyalılar uruqvaylı futbolçuya görə klubuna beş milyon avro ödəməli olurlar. Bu isə İtaliya mətbuatında səs-küyə səbəb olur. Əlbəttə, italyanlar bu transferin reallaşması üçün madridlilər və turinlilərə nisbətən daha çox pul ödəməli idilər.[3] Lakin sonradan məlum olub ki, Edinsonun könlü "Palermo"da imiş. Bunun isə maraqlı tarixçəsi var. Yazının əvvəlində qeyd etdiyimiz kimi, ailəsi maddi ehtiyac içində yaşadığından, atası məcburən Siciliya adasına işləməyə yollanıb. Ata burda qazandığı pul sayəsində ailənin ehtiyaclarını qarşılaya bilib. Yayılan şayiələrə görə, ata Qomes Siciliya mafiyası üçün çalışıb. İşiylə bağlı qurduğu əlaqələr sayəsində övladlarını futbol məktəbinə yazdıra bilib. Kavani məhz bu səbəbdən özünü Siciliyaya borclu hesab edir və "Palermo"dan gələn təklifi düşünmədən qəbul edir.[3]

Həmin vaxt "qartallar"ın hücum xəttində Fabrisio MikkoliAmauri çıxış edirdi. Gənc oyunçu hər iki hücumçu ilə rəqabətdən qalib ayrılır.[3] Vəziyyət o yerə çatır ki, "Palermo" rəhbərliyi "Yuventus"un Amaurini transfer etmək istəyinə razılıq verir. Edinsona inanan rəhbərlik bəlkə də düşünməzdi ki, nə vaxtsa bu futbolçunun transferindən 17 milyon avro qazana bilərlər. İstiqanlı siciliyalılar onu çox sevirdilər.[3] Azarkeşlərə daha çox diqqət ayıran forvard onların qəlbində taxt qurmuşdu, amma nədənsə Siciliya mafiyası ona qarşı kobud davranır. Hətta ona qarşı silahlı təzyiq olur. Kavani ölümün bir addımlığından qayıdır. Möcüzə sayəsində sağ qalmasına baxmayaraq, polisə şikayət etmir. Əksinə, heç nə olmamış kimi davranır.[3]

2010-cu il dünya çempionatında həmşəhərlisi Luis Suarezin kölgəsində qalmasına baxmayaraq, "Napoli" bossları onu bəyənir.[3] Neapolda da onu Ezekiel LavezziGerman Denislə rəqabət gözləyirdi. Rəqabəti çox sevən Edinson yenə əsas heyət uğrunda mübarizədən qalib ayrılır. Onun budəfəki "qurban"ı Denis olur. Vaxt keçdikcə "Napoli" daha uğurlu çıxış edirdi. Hətta komanda Çempionlar Liqasına qədər yüksəlməyi bacarır.[3] Bu uğurlarda Kavani və Lavezzi tandeminin payı daha çox olur. Onların hücum xəttindəki inanılmaz oyun sərgiləmələri nəhəng klubların diqqətindən yayınmır. 2012-ci ilin yayında bəzi klublar hər iki hücumçunu heyətinə qatmağa cəhd etsələr də, istəklərinə nail ola bilmirlər. Argentinalı hücumçu PSJ ilə anlaşır.[3] Kavani isə daha bir il Neapolda qalır. 2012/13 mövsümündə 34 oyunda 29 dəfə fərqlənməklə A seriyasının bombardiri olub. Bununla da o, bu uğura imza atmış üçüncü uruqvaylı kimi tarixə düşüb.

2013-cü ilin yayında Kavani 53 miyon avro müqabilində PSJ-yə transfer olunur. Onunla "Çelsi", "Mançester Siti", "Liverpul", "Arsenal", "Yuventus" və başqa klublar maraqlansalar da, o, Fransa təmsilçisini seçir. Səbəb isə Zlatan İbrahimoviç olur.[3] Mütəxəssislər iki futbolçunun eyni vaxtda meydanda olmalarının mümkünsüz olduğunu düşünürdülər. Uruqvaylının yayılan fikirlərə münasibəti belə idi: "Zlatan ordadısa, mənə problem olmayacaq. Əksinə, çətinliklərə birlikdə qalib gələcəyik". Cari mövsümdə parislilərin göstərdikləri oyun isə Kavaninin haqlı olduğunu isbatladı.[3]

Futboldan kənar

[redaktə | mənbəni redaktə et]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Kavaninin kumirləri isə Alvaro RekobaDieqo Forlandı.[3] Qatı dindar olan futbolçu istirahət günlərini ailəsiylə birlikdə keçirir. Bar və əyləncə mərkəzlərindən uzaq olan Kavani övladlarının (iki oğlu var) tərbiyəsiylə məşğul olmağı üstün tutur.[3]

  1. Edinson Cavani // Transfermarkt (çd.). 2000.
  2. EDINSON ROBERTO CAVANI // Argentine Soccer Database (isp.).
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 "Atası Siciliya mafiyası üçün işləyən ulduz - FOTOLAR". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.
  4. "Latin warmth melts hearts at İnter". 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]