Tilo Kehrer

Tilo Kehrer (21 sentyabr 1996[1][2][…], Tübingen[d], Baden-Vürtemberq) — Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.[3]

Tilo Kehrer
alm. Thilo Kehrer
Kehrer 2016-cı ildə Şalke 04 klubunda
Kehrer 2016-cı ildə Şalke 04 klubunda
Ümumi məlumatlar
Tam adı Tilo Kehrer
Doğum tarixi (27 yaş)
Doğum yeri Tübingen, Almaniya
Vətəndaşlığı
Boyu 185
Çəkisi 72 kq
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Fransa Pari Sen-Jermen
Nömrəsi 4
Karyerası
Gənclik karyerası
2000—2006 Almaniya Tübingen
2006—2010 Almaniya Reutlingen
2010—2012 Almaniya Ştutqart
2012—2015 Almaniya Şalke 04
Klub karyerası[* 1]
2015—2016 Almaniya Şalke 04 II 19 (0)
2016—2018 Almaniya Şalke 04 44 (4)
2018—h.h Fransa Pari Sen-Jermen 0 (0)
Milli yığma[* 2]
2012 Almaniya Almaniya U-16 1 (1)
2012—2013 Almaniya Almaniya U-17 12 (0)
2015 Almaniya Almaniya U-19 5 (1)
2015—2016 Almaniya Almaniya U-20 6 (1)
2017—h.h Almaniya Almaniya U-21 9 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Kehrer Şalke 04 akademiyası vasitəsilə inkişaf etmişdir. O, Bundesliqada debütünü 6 fevral 2015-ci ildə Volfsburq klubuna qarşı oyunda etmiş və komandası rəqibinə 3–0 hesabı ilə qalib gəlmişdir.[4] O, karyerasında ilk qolunu 1 aprel 2017-ci ildə Borussiya Dortmund klubuna qarşı derbi oyununda vurmuş və komandası rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.[5]

5 may 2018-ci ildə Kehrer dublla yadda qalmış və Şalke 04 klubu Bundesliqanın 2017–18 mövsümünü ikinci yerdə başa vurmuşdur. Klub 2018–19 mövsümündə UEFA Çempionlar Liqasında çıxış etmək hüququ əldə etmişdir.[6]

16 avqust 2018-ci ildə Kehrer 37 milyon avro qarşılığında Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır.[3]

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

Kehrer Almaniya millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir.[7] Tilo 2017-ci ildə Almaniya U-21 millisi ilə Avropa çempionatında çempion olmuşdur. O, Kosovo, Azərbaycanİsrail millilərinə qarşı oyunda millinin kapitanı olmuşdur.[8]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Kehrer Almaniyada anadan olmuşdur. Onun atası Almaniya, anası isə Burundi vətəndaşıdır.[9]

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
5 May 2018 tarixində yenilənib[10]
Klub Mövsüm Liqa Kubok Avropa Ümumi
Liqa Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Şalke 04 2015–16 Bundesliqa 1 0 0 0 0 0 1 0
2016–17 16 1 1 0 8 0 25 1
2017–18 27 3 5 0 0 0 32 3
Ümumi karyera 44 4 6 0 8 0 58 4
Almaniya
  1. Thilo Kehrer // Transfermarkt (çd.). 2000.
  2. THILO KEHRER // Argentine Soccer Database (isp.).
  3. 1 2 AFP. "Schalke's Thilo Kehrer set to join Paris Saint-Germain". Sky Sports (ingilis). 12 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2018.
  4. "Schalke 04 vs. Wolfsburg - 6 February 2015 - Soccerway". soccerway.com. 17 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2016.
  5. "Thilo Kehrer earns Schalke point in Revierderby". Sky Sports. 2 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2017.
  6. "Schalke seal second spot and Champions League return with win at Augsburg | bundesliga.com". bundesliga.com (ingilis). Bundesliqa.
  7. "Thilo Kehrer". DFB (alman). 1 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2017.
  8. Smith, Andy. "Introducing Thilo Kehrer, Schalke's latest homegrown star | bundesliga.com". bundesliga.com (ingilis). Bundesliqa. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-16.
  9. Lösel, Hansjörg. "Zwei Tübinger Schüler im Nationaltrikot". Schwäbisches Tagblatt (alman). 28 May 2012. 1 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 July 2017.
  10. Soccerway.com saytında profili (ing.)
  11. "Weisers Kopfball macht den EM-Traum wahr". kicker.de (alman). 30 June 2017. 1 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]