Edison Miranda

Edison Miranda(d. 7 Yanvar, 1981,Kolumbiya.) — 2001-2014-cü illərdə fəaliyyət göstərmiş, Kolumbiyalı peşəkar boksçu.

Edison Miranda
ing. Edison Miranda
Ümumi məlumatlar
Ləqəbi Pantera
Boyu 178
Qol açılışı 197
Vətəndaşlığı Kolumbiya Kolumbiya
Doğum tarixi (42 yaş)
Doğum yeri Buenaventura, Kolumbiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatının ilk illəri[redaktə | mənbəni redaktə et]

Miranda 1981-ci ildə Buenaventura, Kolumbiyada anadan olmuşdur. O, bir aylıq olanda anası tərəfindən tərk edilir. 9 yaşında Kolumbiyada küçə həyatı yaşamaqdan qaçır. O, anasının axtarışına çıxır və sonda anasının qardaşını tapır. Dayısı ona heçnə demir və düşünür ki, əgər o doğurdanda bacısının oğludursa, onun ayağında doğum ləkəsi olmalıdır. Miranda ləkəni göstərərək bunu sübut edir. Adam onu anasının yeni evinə gətirir. Anası onu yenidən tərk edir. 12 yaşına qədər bağayarpağı sahəsində çalışır. Növbəti il tikintidə işləyir. 14 yaşında mal-qara qəssabı olaraq çalışır. 15 yaşında yarım il boks təlimi aldıqdan sonra həvəskar boks karyerasına başlayır. Miranda 132 döyüşdən 128-ni qazanır və Kolumbiyanın dörd milli tituluna sahib olur. Edison 2000-ci ildə Argentinada keçirilən olimpiyada da bürünc medal əldə edir, lakin 2000-ci ildə Kolumbiya milli komandasına vəsiqə qazana bilmir.

Peşəkar karyerası[redaktə | mənbəni redaktə et]

Orta çəki (Middleweight)[redaktə | mənbəni redaktə et]

132 döyüşdən sonra Miranda peşəkar boksçu olur. 2002-ci ilin mart ayında Dominika Respublikasına gəlir. 2004-cü ilin 24 Dekabrında Miranda Dominikanı tərk edir və Barrankillaya geri dönür. Dostlarının da köməyi ilə xəyallarını gerçəkləşdirir və ABŞ-da Warrior’s Boxing Promotions ilə müqavilə imzalayır. Beləliklə Hollywood'da ilk Amerikan döyüşü olur. 2005-ci il ,mayın 25-i Floridada baş tutan döyüşdə Miranda Sam Reesi məğlub edir.

IBF eliminator titulu[redaktə | mənbəni redaktə et]

Miranda 2006-cı il, martın 24-də Howard Eastman ilə döyüşür.Hollywoodda "Seminole Hard Rock Hotel and Casino"da baş tutan döyüşə Miranda çox yavaş başlayır. Lakin 5-ci raundda ona güclü zərbələr endirir və onun əlini zədələyir. Gözləmədən sonra o, geri qayıdır və 7-ci raundda Eastmanın çənəsinə çox pis zərbə endirir, hakim oyunu dayandırır və Mirandanı Eastmanı dayandıra bilən ilk insan elan edir.

Miranda Qibbs və Qrİn'ə qarşı[redaktə | mənbəni redaktə et]

16 Dekabr, 2006-cı ildə Miranda Villi Qibs ilə Florida da döyüşür. Sağ əli ilə ona güclü zərbələr endirir və ilk raunnda aşağı göndərir. 2 Mart , 2007-ci ildə Miranda Qrin üzərində Puerto Rikoda möhtəşəm qələbə qazanır.

WBC eliminator titulu[redaktə | mənbəni redaktə et]

19 May, 2007-ci ildə təxmini iki raund məğlubiyyətdən sonra, Miranda yeddinci raundda Kelli Pavlik tərərfindən Menfisdə keçirilən döyüşdə vəhşicəsinə dayandırılır. 7 raund davam edən oyunda Edison məğlub olur. Qalib olan Palvik isə orta çəki üzrə çempion olan Cermain Taylor ilə qarşılaşır.

Lusiyan But ilə döyüş[redaktə | mənbəni redaktə et]

17 Aprel 2010-cu ildə EDdison Miranda Lusiyan Bute ilə Montrealda qarşılaşır. Döyüşü təxmini 15000 azarkeş izləyir. İlk iki raundda Miranda məğlub olur.Üçüncü raundda çənəsinə zərbələr almasına baxmayaraq, Miranda ayağa qalxmağa çalışır. Lakin hakim bir neçə saniyə sonra döyüşü dayandırır.

İstinadlar[redaktə | mənbəni redaktə et]