Edit Viqnere həmçinin Pauls-Viqnere (latış. Edīte Pauls-Vīgnere; 16 sentyabr 1939[1], Riqa) — Latviya və sovet tekstil rəssamı. Riqa Orta Tətbiqi Sənət Məktəbini (1962) və Latviya Rəssamlıq Akademiyasının toxuculuq sənəti fakültəsində Rudolf Heymratsın (1968) şöbəsini bitirib. 1967-ci ildən sərgilərdə iştirak edir. Edit Viqnerenin əsərləri monumental iri miqyaslı toxuculuq, o cümlədən üçölçülü obyektlər, metal, ağac, şüşə və kollajlar (applikasiyalar) olan qobelenlərdir. 1971-ci ildən Latviya Rəssamlar İttifaqının üzvü, Latviya SSR-in əməkdar artistidir (1979). 1995-ci ildə Edit Viqnere Latviya Tekstil Sənəti Assosiasiyasına üzv qəbul edilib. 1987-ci ildə Latviya SSR xalq rəssamı fəxri adını, iki dəfə Latviya Rəssamlar İttifaqının mükafatı laureatı (1972, 1990) olub. SSRİ xalq artisti bəstəkar və pianoçu Raymonds Paulsun kiçik bacısı.
Edit Viqnere | |
---|---|
latış. Edīte Pauls-Vīgnere | |
Doğum adı | Edit Pauls-Viqnere |
Doğum tarixi | 16 sentyabr 1939[1] (85 yaş) |
Doğum yeri | Riqa, Latviya |
Vətəndaşlığı |
Latviya SSRİ Latviya |
Fəaliyyəti | incəsənət xadimi, pedaqoq |
Təhsili | Latviya Rəssamlıq Akademiyası (Toxuculuq sənəti şöbəsi) |
Janrlar | qobelen, oturtma tikmə |
Mükafatları |
Edit Pauls 16 sentyabr 1939-cu ildə Riqada fabrik işçisi Valdemar Pauls və evdar xanım Braudele (1904-1982) Alma-Matilda Paulsun ailəsində anadan olub. Voldemar Pauls boş vaxtlarında musiqi öyrənir, həvəskar qrupda baraban çalırdı. Alma Matilda ailə qurmazdan əvvəl tikişçi kimi işləyib. Editin böyük qardaşı bəstəkar Raymond Paulsdur. Müharibənin başlaması ilə Alma Pauls və uşaqları 1943-cü ildə Riqadan Vidriziyə köçdülər ki, Raymond məktəbdə oxuya bilsin.
Edit orta təhsilini Riqa 2 saylı orta məktəbdə alıb. Sonra tətbiqi sənət məktəbinin modelləşdirmə və geyim dizaynı şöbəsinə daxil olub. Parçaların quruluşunu, qadın kostyumunda düzülməsini öyrənir və tək başına paltar tikirdi. Onun diplom işi kənd qızı üçün kofta, ətək və önlükdən ibarət kostyum, quruluşca fərqli, lakin buna baxmayaraq bir-birinə uyğun gələn, aplikasiya ilə bəzədilmiş tekstil materiallarından hazırlanmışdır.[2]
Tətbiqi sənət məktəbini bitirdikdən sonra Edit Riqa Model Evində rəssam-moda dizayneri kimi işə girib. Orada o, anlayıb ki, paltar dizayn etməkdən daha çox, kostyum üçün parçalar seçmək işi onu cəlb edir. Üzərində işləməli olduğu parçaların çeşidi məhdud olduğundan rəssam onları tez-tez özü rəngləyir və tikmə ilə bəzəyirdi. Lakin bu sahə onu o qədər də cəlb etmədiyinidən Edit təhsilini 1963-cü ildə daxil olduğu Rəssamlıq Akademiyasının tekstil fakültəsində davam etdirmək qərarına gəldi. 1961-ci ildən kafedraya Latviya qobeleninin qabaqcıl ustalarından biri Rudolf Heimrats rəhbərlik edidi. Bu zaman orada Editlə yanaşı R.Boqustova, L.Politsa-Postaja, E.Rozenberqs və bir çox başqaları təhsil alırlar. Viqnerin özünün dediyinə görə, Heimrats tələbələrinin hər birinə qarşı çox diqqətli idi, heç vaxt onların həvəsini öldürməz, onları yumşaq bir şəkildə “vaxtında düzgün istiqamətə” yönəldə bilirdi. Editdə o, rəssam işinin rəngini qurmaq bacarığını və materialların təbiəti haqqında dərin biliyi yüksək qiymətləndirirdi. Lakin onun güclü qrafik təliminin olmadığını başa düşürdü. Nəticədə, Edit Viqnere rəsm, kompozisiya və rəngkarlıqla o qədər məşğul oldu ki, dördüncü kursda rəssamlıq şöbəsinə keçməyi qərara aldı.[2]
1967-ci ildə Viqner toxuculuq sahəsinə keçdi və sənətin bu sahəsində çalışmaq istədiyini başa düşdü. Akademiyada aldığı hərtərəfli təlim ona özünü tamamilə məzmunun yaradıcı problemlərinin həllinə və bədii konsepsiyanın formal icrasına həsr etməyə imkan verdi. Onun toxuculuq sahəsindəki ilk işləri (“Kosmos motivi”, “Sarı ilə kompozisiya”, “Kəhrəba ilə kompozisiya”, 1968-1969) müxtəlif toxuculuq texnikaları ilə ifadə olunan abstrakt kompozisiyanın parlaq dekorativliyini nümayiş etdirir.[2] 1968-ci ildə Viqner Akademiyada təhsilini başa vurdu. Onun buraxılış işi "Yerin mahnısı" qobelen idi.
Edit Viqnere 1967-ci ildən beynəlxalq sərgilərdə iştirak edib. Erfurtda Sosialist Ölkələrinin Tətbiqi Sənətlərinin Dörd illik yubileyi (1974, “Məhsul” qobeleninə görə 2-ci mükafat), Lodzdakı Üçillik Qobelen (1975, “Səyahət Təəssüratları. Quba” qobeleninə görə 2-ci mükafat) sərgisi onun nüfuzlu mükafat qazandığı tədbirlərdir.
Edit Viqnere toxucuların xidmətinə müraciət etmədən konsepsiyadan hazır məhsulun yaradılmasına qədər bütün işləri yerinə yetirən azsaylı müasir qobelen ustalarından biridir. Viqnere şaquli dəzgahda işləyir, hazır parçanı rulon halına gətirir. O, qobelen üzərində işləyir, intuisiyasına arxalanır, əsasən improvizasiya edir, çünki proses zamanı ideya dəyişə bilər. Eyni zamanda, Vignerin işi həmişə kompozisiyanın və rəng sxeminin bütövlüyü, təsvirin ritminə sadiqliyi və aydın təsviri ilə seçilir. Viqnere əvvəl ipi seçir və rəngləyir (yalnız yunla işləyir) və qobelenlər üçün bütün aksessuarları özü hazırlayır.[2][3]
1960-cı illərin ortalarında Latviya qobeleninin əsas xüsusiyyətləri ciddi frontal kompozisiya, monoton ritmə malik çoxsaylı fiqurlar və təmkinli rəng sxemi hesab olunurdu. Viqnere (Heimratların ardınca) mövcud stereotipi qırmağa qərar verərək, əvvəlki irsə xalq toxuculuğuna qayıdıb. O, əvvəlki ustalar kimi zəngin rənglərdən istifadə edib, qobelenlərə aplikasiyanı daxil etmək qərarına gələn ilk rəssamlardan olub. V.Savitskaya Viqnere və İ.Zarins, D.Skulme, E.İltners kimi latviyalı rəssamların yaradıcılığının yaxınlığını qeyd edir.[4] “Başlanğıc” qobelenində (1969) Viqnere “kosmik” mövzunu açır, orijinal toxuculuq üsullarından (hörmələr, saçaqlar, qotazlar) istifadə edir və yeni faktura əldə edir. Viqnere üçün formal axtarış özlüyündə məqsəd deyil, əsərin obrazlı və mənalı komponentini daha dolğun çatdırmaq üçün vasitədir. Rəssam üçün əsas mövzulardan biri olan Latviya təbiəti mövzusunu "Yerin nəğməsi" (1968), "Yaşıl torpaq" (1970), "Skuba dalğıcları", "Bataqlığın sirri" (hər ikisi 1971), “Məhsul” (1972), “Əkin vaxtı” (1973) əsərlərində görmək olar.[2] Bu əsərlər arasında sənətşünas T.Strijenova “Məhsul” və “Əkin vaxtı”nı xüsusilə vurğulayır. “Əkin vaxtı”nı Viqnere kifayət qədər sadə vasitələrdən istifadə edərək heyrətamiz dərəcədə tam bir görüntü əldə edir. Qobelen özü-özlüyündə dörd əsas hissəyə aydın şəkildə bölünür. Bu hissələr bir bütöv tamı özündə cəmləşdirir.[2]
XX əsrin ortalarından başlayaraq müasir qobelen sənətkarları məkan mühitinin təşkili problemini fəal şəkildə həll edir, toxunmuş xalçanı interyerə təkcə dekorativ element kimi deyil, memarlıq kompleksinin tam hüquqlu hissəsi kimi daxil edirlər. Edit Viqnere həmçinin xüsusi interyerlər üçün monumental kompozisiyaların yaradılmasında iştirak edirdi. Onun Riqanın “Dauqava” mehmanxanasının barı üçün “Dəniz dibi” əsəri ustalıqla icrasına və maraqlı məkan həllinə baxmayaraq, barın kifayət qədər adi məkanı ilə ahəngdar vəhdət yaratmadı.[4] Sovet İttifaqında uyğun memarlıq obyektləri olmadığı üçün digər sovet qobelen sənətçiləri də oxşar problemlərlə üzləşdilər. Buna görə də qobelen sənətçiləri əksər hallarda heç bir xüsusi interyer üçün sfariş almırdılar.[2]
Edit Viqnerə uğur gətirən əsas işlərdən biri Rundal sarayının salonlarından biri (1984) üçün barokko interyeri işi oldu. Sarayın bərpasında iştirak edən qobelen sənətkarlarından qobelenlər yaradarkən XVII-VXIII əsrlərə aid material və texnologiyadan istifadə etmələri tələb olunurdu. Viqnere çoxşaxəli yaşıllıq mövzusuna müracitə etdi. O dövrün qobeleninin mövzusunda zərif variasiya (kətan əsasında anilin və bitki boyaları ilə boyanmış yun və ipək saplar) üslubunu seçdi. Burada birinci plan, yarpaqların və ağac budaqlarının böyük təsvirləri oldu və landşaft daha geniş ərazini əhatə edir. Meyvə və budaqlardan ibarət olan yaşıllığın təsviri motivlərinin şərtiliyini vurğulayan dekorativ zolaqlı çərçivə qobelendə nəzərə çarpır. Parçanın toxunuşu sıxdır, detallar diqqətlə işlənir. Bu zolağın aşağı hissəsində rəssam əsas motivin miniatür təkrarı olan, fərqli baxış bucağından - sarayın memarı Françesko Bartolomeo Rastrellinin yaratdığı güzgülü interyerlərə eyham olan kartuş yerləşdirib. Güzgülərin çoxluğu salonları geniş göstərdi və onlara pəncərədən kənar mənzərəni tam hüquqlu aktiv element kimi təqdim etdi. Vignerenin parafraz çarxı öz stükko və oyma dekoru, zərli və perspektivli mənzərəli abajurları ilə barokko sarayının interyerinə üzvi şəkildə uyğun gəlir.[4]