Edvard Bikkerstet (ing. Edward Bickersteth; 27 iyun 1850, Banningem[d], Norfolk qraflığı – 5 avqust 1897, Çiseldon[d], Uiltşir[d]) – Cənubi Tokio yepiskopu olmuş missioner.
Edvard Bikkerstet | |
---|---|
Doğum tarixi | 27 iyun 1850 |
Doğum yeri | |
Vəfat tarixi | 5 avqust 1897 (47 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | keşiş |
Vikianbarda əlaqəli mediafayllar |
Edvard Bikkerstet 26 iyun 1850-ci ildə Norfolkun Banningem kəndində doğulmuşdur.[1] Atası Edvard Henri Bikkerstet Ekseter yepiskopu olmuşdur.[1] Anası Roza isə Samuel Biqnoldun qızı idi.[1] Bikkerstet Haygeyt məktəbində təhsil almış, 1869-cu ildə Pembrok kollecində təhsil almaq üçün təqaüd qazanmışdır.[1] 1873-cü ildə bakalavr, 1876-cı ildə magistr dərəcəsi ilə məzun olmuşdur.[1] 1874-cü ildə Şolefild və Evans mükafatlarını qazanmışdır.[1] O, London yepiskopluğundan 1873-cü ildə diakon, 1874-cü ildə isə keşiş titulu almışdır.[1] 1873–1875-ci illərdə Hempsteddə Müqəddəs Üçlüyün kuratoru olmuşdur.[1] 1875-ci ildə kollecinin müxbir üzvü seçilmişdir.[1]
Bikkerstetin səyləri nəticəsində Dehlidə Kembric missiyası qurulmuş və 1877-ci ildə missiyanın birinci başçısı kimi İngiltərəni tərk etmişdir.[1] Səhhətindəki problemlərə görə 1882-ci ildə İngiltərəyə qayıtmış və Fremlingemdə yerləşən Müqəddəs Mikayıl kilsəsinin rektorluğuna təyin olunmuşdur.[1]
Bikkerstet Yaponiyada Cənubi Tokio yepiskopu olmaq təklifini qəbul edərək İngiltərəni bir daha tərk etmişdir.[1] 1886-cı ildə təqdis olunaraq yepiskopluğa doğru yola düşmüşdür.[1] Yaponiyada Müqəddəs Katolik Kilsəsinin yaradılmasında iştirak etmiş, Yaponiyada fəaliyyət göstərən aktiv anqlikan olmuşdur.[1] Bikkerstetin digər kilsələrlə ekumenik əlaqələr qurmaq cəhdi 1897-ci ildə uğursuz olmuşdur.[1]
Bikkerset səhhətində yaşadığı problemlərə görə növbəti dəfə İngiltərəyə qayıtmalı olmuşdur.[1] Uzun çəkən xəstəlikdən sonra 5 avqust 1897-ci ildə Uiltşirin Çiseldon kəndində yerləşən evində ölmüşdür.[1]