Edward James "Eddie" Olmos (24 fevral 1947[1][2][…]) — Emmy mükafatını qazanan Amerikalı aktyor. Los Anceles də anadan olmuşdur. Anası Olmos Elenaor və atası Pedro Olmosun oğlu idi. Atası Pedro, qaynaqçı və meksikalı mühacir olmuşdur. Anası isə Meksika əsilli amerikan idi. Böyüdükdə peşəkar bir beysbol oyunçusu olmaq onun ən böyük arzusu idi. 1964-cü ildə Montebello Liseyini bitirib. Leytenant Martin Castillo" rolu ilə dünya cinayət dram tarixində əfsanəvi polis nəzarətçisi personajlarından birinə çevrilən Olmos, bu roluna görə Emmy mükafatını qazanmışdır. Sonralar ona təklif edilən "Star Trek: Sonrakı Nəsil" serialında oynamaqdan imtina etmişdir.
Edvard Ceyms Olmos | |
---|---|
Doğum adı | Edward Olmos |
Doğum tarixi | 24 fevral 1947[1][2][…] (77 yaş) |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, kinorejissor, kino aktyoru, televiziya aktyoru, rejissor, film prodüseri |
Fəaliyyət illəri | 1978-ci ildən |
Təhsili |
|
IMDb | ID0001579 |
edwardjamesolmos.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1994-2002 illərində o Lorraine Bracco ilə evli idi. 2002-ci ildə isə o 31 yaşındakı Lymari Nadal ilə evləndi. 1971-ci ildən 1992-ci ilə qədər olan ilk evliliyindən Bodie və Mico Olmos adlı iki övladı var.
Olmos, xüsusilə ABŞ-nin İspan icmasına təsir göstərən ictimai fəallıqla tez-tez məşğul olurdu. 1992-ci ildə icmaların təmizlənməsi və yenidən qurulması üçün çalışdı.1997-ci ildə o, Marlene Dermer, George Hernandez və Kirk Whisler ilə birlikdə "Los Angeles Latino" Beynəlxalq Film Festivalını qurdu. 1998-ci ildə "Latino İctimai Yayımı"nı təsis etdi və hazırda onun sədri vəzifəsini çalışmaqda davam edir. "Latino İctimai Yayımı", İspanlara təsir edən mövzulara yönəlmiş ictimai televiziya proqramlarını maliyyələşdirirdi.