Edvard Hovard Haus

Edvard Hovard Haus (ing. Edward Howard House; 5 oktyabr 1836, Boston18 dekabr 1901[1], Yotsuya[d][1][2]) – ABŞ jurnalisti. O, ABŞ mətbuatında Yaponiyayaponlar haqqında rəyin formalaşmasında vacib rol oynamış, Yaponiyada ingilisdilli "Tokyo Times" qəzetini yaratmışdır.[4]

Edvard Hovard Haus
Doğum tarixi 5 oktyabr 1836(1836-10-05)
Doğum yeri
Vəfat tarixi 18 dekabr 1901(1901-12-18)[1] (65 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Yanaka qəbiristanlığı[d][3]
Vətəndaşlığı
Fəaliyyəti jurnalist, musiqi tənqidçisi[d], yazıçı
Mükafatları "Müqəddəs xəzinə" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Edvard Hovard Haus 1836-cı ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur.[4] Haus müxtəlif peşələrlə məşğul olmuşdur: musiqiçi, teatr meneceri, ABŞ Vətəndaş müharibəsi müxbiri, musiqi və teatr tənqidçisi.[4]

Haus 1871-ci ildə Yaponiyaya gələrək Tokio Universitetinin sələflərindən olan Kaysey Qakkoda müəllim kimi işləməyə başlamışdır.[4] Yaponiyanı dəstəkləyən baxışları səbəbilə Yaponiya hökuməti, xüsusilə də, Okuma Şiqenobu tərəfindən sevilən şəxsə çevrilmişdir.[4] Haus 1873-cü ildə müəllim postunu tərk edərək 1874-cü ildəki Tayvan ekspedisiyasında müharibə müxbiri kimi Yaponiya ordusunu müşayiət etmişdir.[4] 1877-ci ildə hökumətin dəstəyi ilə ingilisdilli "Tokyo Times" qəzetini yaratmış və 1880-ci ilə qədər redaktoru olmuşdur.[4] O, bu illərdə eksterritoriallıq, müqavilələrin yenilənməsi və xarici əlaqələr kimi məsələlərdə Yaponiyanın mövqeyini dəstəkləmişdir.[4]

Haus 1880-ci ildə ABŞ-yə qayıtmış, 1881-ci ilin əvvəlində isə Londona köçmüşdür.[4] Londonda teatr meneceri kimi işləməyə başlamışdır.[4] Daha sonra Yaponiyaya qayıtmış, həyatının son illərini Yaponiyada Qərb musiqisini təbliğ etməklə keçirmişdir.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

Haus 1883-cü ildə iflic keçirdikdən sonra Yaponiya hökuməti ona ömürlük pensiya təyin etmiş və Yaponiya qarşısındakı xidmətlərinə görə "Müqəddəs xəzinə" ordeni ilə təltif etmişdir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 240. ISBN 0-87011-623-1. İstifadə tarixi: 6 dekabr 2022.