Ekler

Ekler pirojnası

Ekler (Éclairs)

[redaktə | mənbəni redaktə et]

Ekler 3 elementdən ibarətdir:

Elementləri bir-bir hazırlayıb ekleri düzəldək. Əvvəlcə kremi hazırlayaq (krem 2 gün əvvəldən də hazırlana bilər)

16 ekler üçün

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]
  1. Qazana süd, 1/4 stəkan şəkər tozu, vanil və duzu qoyun. Orta odda qaynamağa başlayanadək bişirin.
  2. Dərin qabda yumurta sarısı, nişasta, və qalan 1/4 stəkan şəkər tozunu mikserlə çalın. Dəyanmadan yavaş-yavaş qaynar südü bu qarışığa əlavə edin və ərzaqlar qarışanadək yaxşıca çırpın. Alınan kütləni qazana geri tökün və orta odda, ara vermədən, taxta qaşıqla qarışdıra-qarışdıra təxminən 2-4 dəqiqə və yaxud qatılaşanadək bişirin.
  3. Qatılaşmış kütləni dərin qaba boşaldın. Üstünə kərə yağını əlavə edib, mikserlə təxminən 5 dəqiqə ərzində çalın. Bu müddət ərzində kərə yaşə əriməli, kütlə isə bir qədər soyumalıdır.
  4. Kremin üstünü sellofanla örtün. Soyuducuya ən azı 2 saat müddətində saxlayın. Bu krem soyuducuda 2 günə dək xarab olmadan qala bilər.

Şu Xəmiri (Choux, yəni ekler xəmiri)

[redaktə | mənbəni redaktə et]

16 ədəd ekler üçün

  • ½ stəkan (125g) süd
  • ½ fincan (125g) su
  • 115g kərə yağı, 8 parçaya bölünmüş
  • ¼ çay qaşığı şəkər tozu
  • ¼ çay qaşığı duz
  • 1 stəkan (140g) əla növ un
  • 5 ədəd iri yumurta, otaq hərarətində

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]
  1. Qazana süd, suy, kərə yağı, şəkər tozu və duzu qoyub, qaynadın.
  2. Qaynadığı an, odu bir az azaldın, unun hamısını əlavə edib, kütləni taxta qaşıqla DƏYANMADAN qarışdırın. Kütlənin yavaş-yavaş xəmirə dönməsini görəcəksiniz. Təxminən 2-3 dəqiqə ərzində qarışdırın. Xəmir yumuşaq və hamar olacaq.
  3. Xəmiri iri qaba qoyun. Yumurtaları bir-bir üstünə qıraraq, hər əlavədən sonra mikserlə yaxşıca çırpın ki, yumurtalar xəmirə qarışsın. Xəmiriniz hazırdır. Hazır xəmir belə olmalıdır.
  4. Xəmiri İSTİ İKƏN (!) bişirmək lazımdır. Bunun üçün əvvəlcə sobanı 190C-dək qızdırın. Sonra isə soba listininin dibinə kalka kağızı sərin. İri qənnadı torbasını (rusca: konditerskiy meshok) isti şu xəmiriylə doldurun (torbanın ucun adi olsun, yani gül və ya ziq-zaq şəklində deyil). Torbadan listin üstünə bir birindən 5 cm aralı təxminən 11 cm uzunluqda "barmaqlar" sıxın.
  5. Listi sobanın orta təbəqəsinə yerləşdirib eklerləri təxminən 20 dəqiqə ərzində bişirin. Bişmiş eklerlər şişəcək, üstləri bir qədər qızaracaq. Eklərlərin arasına krem doldurmazdan əvvəl, onları ən azı 1 saat ərzində kənarda soyudun.

Şokoladlı Qlazur

[redaktə | mənbəni redaktə et]
  • 125 g yarı-şirin və ya acı-şirin plitka şokolad, iri-iri doğranmış
  • 60 g kərə yağı, balaca-balaca doğranmış
  • 1/4 stəkan (60 ml) süd

Şokoladı və yağı istiyə davamlı bir qaba qoyun. Qazanda südü qaynadın. Qaynayan kimi, südü şokolad və yağ olan qaba boşaldın. Ərzaqlar əriyib bir-birinə qarışanadək qaşıqla çırpın.

Eklerin Düzəldilməsi

[redaktə | mənbəni redaktə et]

Bunun ücün bişmiş ekler, krem və şokoladlı qlazuru hazır tutun.

  1. Bişmiş eklerləri bıçaqla horizontal şəkildə iki yerə bölün.
  2. Qapaq hissəsini şokolada batırıb kənara qurumağa qoyun.
  3. Qaşıq və ya qənnadı torba vasitəsilə eklerin alt hissəsini kremlə doldurun. Şokoladlı qapağı kremin üstünə yerləşdirin. Eklerləriniz hazırdır.