Ekomarka — ekoloji təmiz məhsullara verilən marka, istehlakçıların daha yaxşı seçim etməsinə şərait yaratmağa və istehsalın stimullaşmasına xidmət edir.
Ekomorflar — bitki və heyvanların xarici mühitlə əlaqədar yaşayış forması. Yerüstü orqanizmlər üçün bu, hər şeydən əvvəl, rütubət hesab olunur. Rütubətə münasibətinə görə bitkilər hidrofit, hiqrofit, mezofit və kserofit, heyvanlar isə hidrofil, hiqrofil, mezofil və kserofil olur. Rütubətdən sonra mühüm rol oynayan istiliyə görə bitki və heyvanlar psixrofit və psixrofil, mezotermofit və mezotermofıl, meqatermofit və meqatermofil, duza münasibətinə görə halofit və halofil, substrata münasibətinə görə litofit və litofil və psammofil olur.
Ekonizamlayıcı proseslər- bioloji və ekoloji inteqrasiya proseslərinin bütün səviyyələrində mövcud olub fərdlərin həyat fəaliyyətinin sabitliyi, onun saymı və biokütləsini saxlayır və nəzarət edir. Həm abiotik (işıq, temperatur, nəmlik və s.), həm də biotik (yırtıcılıq, parazitlik, rəqabət və s.) faktorlar populyasiyanın sayının, növ müxtəlifliyinin və biosenozun kütləsinin nizamlanmasında bilavasitə və ya dolayı yolla iştirak edirlər.
Ekonomansiya-istehsalın əlavə məhsulları və ya tullantılarından və təbii resurslarından səmərəli istifadə üsullarını öyrənən bölməsi.
Ekosfer (ekoloji sfer)- bir-birilə əlaqəsi olan bioloji sistem (canlı orqanizmlər də daxil olmaqla) və onu əhatə edən ətraf mühit. Termin bu mənada B.Kommenor (1973) tərəfindən istifadə edilmişdir. Bəzən ekosfer biosfer termininin sinonimi kimi də qəbul edilir. Termin L. Kol (1958) tərəfindən irəli sürülmüşdür.
Ekosid -canlı orqanizmlərin, ilk növbədə, insanın yaşadığı mühiti dağıtmaq üçün insan tərəfindən qərəzli istifadə edilən kimyəvi və digər vasitələr (əsasən hərbi). Məs., ABŞ-nin Vyetnam, Laos, Kampuçidə apardığı müharibədə arorosid və hcrbisidlərdən istifadə edərək ozon qatında deşik açmaq məqsədi. E. terminini A.Qalston (1970) Hind-Çindəki hadisələri şəxsən öyrənərək elmə daxil etmişdir.
Ekofil norma-təbiəti mühafizə norması — təbii mühitin saxlanmasına yönəldilən əhalinin mədəniyyətinin (etnos) bütün normaları. Ekofil norma əslində təbiətdən səmərəli istifadə deməkdir.
Ekogenetik ekspansiya- biosferin təkamül prosesi nəticəsində yeni landşaft zonalarında orqanizmlərin tarixi yayılması. Produsentlərin ekspansiyası ilk dəfə konsumentlərdən asılı olmayaraq keçmişdir. Konsumentlər Yerdə peyda olan zamandan bəri produsentlərdən asılı olmuşdur. Sonralar biosferin təkamülü produsentlərlə konsumentlərin asılılığı mərhələsinə qədəm qoymuşdur (məs. çiçəkli bitkilərlə həşəratlar).
Ekogenetika-ekologiya və genetika qovuşuğunda kompleks elmi fənn. Ekoloji amillər və populyasiyanın genetikası arasındakı əlaqələri öyrənir.
Ekoiqlim-ekosistemin biotik və abiotik komponentləri. Həmçinin kosmik, geofiziki və oroqrafık mühitin qarşılıqlı əlaqələri ilə kiçik sahələrdə yaranan xüsusi iqlim, pedo,-fito, və zooiqlimin məcmusudur. Bioiqlim indikatorları ilə xüsusilə biotopun temperaturu və rütubətliyindən asılı olaraq bitkinin böyümə xüsusiyyətləri ilə səciyyələnir. Bitkinin böyümə xüsusiyyətləri öz növbəsində Ekoiqlim göstəricisi hesab olunur.
Ekologislər — insanı əhatə edən mühitin qorunması uğrunda kütləvi içtimai hərəkatın nümayəndələri. Almaniya, Fransa, İngiltərə və b. ölkələrdə siyasi "yaşıl partiyanın" üzvləri. Ekologislər yalnız təbiəti mühafizə uğrunda deyil, həm də müharibələrə qarşı (atom müharibələrinə) mübarizə apararaq beynəlxalq demokratik hərəkatda iştirak edirlər.
Ekobiomorflar (yun. oikos — ev, morphe — forma) — ekomorflar — oxşar morfoloji əlamətlərə, bioloji ritmlərə, ekoloji-fizioloji, o cümlədən mühit əmələ gətirən xüsusiyyətlərə malik olan, bununla da qruplaşmada oxşar rol oynayan növlərin məcmusu (məs. plankton, bentos, neyston hidrobiontları, torpaq yosunları, bəzi həşəratlar və qurdlar, dünyanın müxtəlif bozqırlarında bitən taxıl otları və s.). Ekobiomorflar terminini Y.M. Lavrenko (1965) "Həyat forması və biomorf" anlayışlarının əvəzinə (yerində) işlətmiş, bununla o, oxşar mühit şəraitində müəyyən bitki tiplərinin uyğunlaşmasını göstərmişdir.