Arxeoloji turizm

Beyrutun Mərkəz rayonunda Qədim Roma hamamı (Livan)

Arxeoturizm və ya Arxeoloji turizm — mədəni turizmin bir növü olub arxeologiyaya olan ictimai marağı təbliğ etmək və tarixi ərazilərin gələcək üçün qorunması məqsədini daşıyır.

Arxeoloji turizm arxeologiyanın ictimaiyyətdə təbliği, arxeoloji ərazilərə, muzeylərə, izahat mərkəzlərinə səfərlər, tarixi hadisələrin canlandırılması, yerli əhalinin qədim adətlərinin bərpası, festivallar və teatrlarla əlaqəli bütün məhsulları əhatə edir.

Arxeoloji turizm arxeoloji və mədəni irs ərazilərinin təbliği ilə yanaşı, həm də bu ərazilərə onlara zərər vura da bilər və buna görə də bəzən müdaxilə turizminə çevrilmək təhlükəsi yaranır.[1] Arxeoloqlar hesab edirlər ki, turizm keçmişə baxışları və bilikləri təşviq edir.[2] Lakin, arxeoloji obyektlər turizm qurumları tərəfindən idarə olunanda, bilet və suvenir satışlarından daxilolmalar daha böyük əhəmiyyət kəsb etməyə başlayır və sual yaranır ki, ərazini ictimaiyyətə açıq saxlamaqmı daha dəyərlidir, yoxsa qapalı saxlayıb dəyə biləcək zərərlərdən qorumaq.[3] Arxeoloji materiallara vurulan zərər yalnız birbaşa dağıtma, yerdəyişmə, oğurlama şəklində deyil, bəzən də bilavasitə yollarla mümkün olur. Məsələn, düzgün planlaşdırılmamış yol, restoran, mağaza və otel tikintisi sürüşmələrə, sel basqınlarına və torpağın aşınmasına səbəb olur.[4]

  1. Messai, Hada (November 8, 2010) "Pompeii's House of the Gladiators collapses Arxivləşdirilib 2011-01-27 at the Wayback Machine", CNN.com.
  2. Uzi Baram 2008 Tourism and Archaeology.
  3. Mason, Peter. Tourism Impacts, Planning and Management. Burlington, MA: Elsevier Ltd. 2008. səh. 40. ISBN 978-0-7506-8492-7.
  4. Comer, Douglas C. Tourism and Archaeological Heritage Management at Petra: Driver to Development or Destruction?(SpringerBriefs in Archaeology. New York: Springer. 2012. ISBN 978-1461414803.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • ArqueotuR Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine (2010) — arxeoloji turizmin təbliği və yerli inkişaf üçün institusional şəbəkə. Barselona Universiteti tərəfindən koordinasiya olunur.