Bu məqaləni vikiləşdirmək lazımdır. |
Xilasetmə (ing. Extraction) — ABŞ istehsalı triller filmi. Film 24 aprel 2020-ci ildə Netflix-də yayımlanmışdır.
Extraction | |
---|---|
ing. Extraction | |
Janr | döyüş filmi |
Prodüserlər |
|
Ssenari müəllifi |
|
Baş rollarda | |
Operator |
|
Bəstəkar |
|
Distribütor | Netflix |
İlk baxış tarixi | 24 aprel 2020 |
Müddət | 117 dəqiqə |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
Rəng | rəngli |
IMDb | ID8936646 |
Muzdlu əsgər Tayler Reyk, Hindistanın ən böyük narkotik alverçisinin qaçırılan oğlu Ovi Mahacanı Banqladeşin Dəkkə şəhərindən xilas etmək üçün tapşırıq alır. Ovini xilas etdikdən sonra şəhərin ən böyük narkotaciri Əmir şəhəri bağladır. Tayler artıq hər addımında düşmənlə üz-üzə gələcək. Yolboyu Taylerin kiçik yaşda itirdiyi oğlu ağlına gəlir və Oviyə qarşı yaxınlıq hiss edir. Ovinin atasının sağ qolu Sacu xidmət haqqını ödəməmək üçün uşağı tək başına xilas etməyə cəhd edir.
Hər nə qədər Sacu və Tayler bir-biriləri ilə dalaşıb Ovini xilas etməyə cəhd etsələr də şərtlər ikisini də əsgərlər və polislər ilə döyüşüb şəhərdən çıxmağa məcbur edir. Sacu döyüş zamanı ordu lideri tərəfindən öldürülür. Tayler bu zaman Ovinin qaçmasını təmin etmək üçün yerli əsgərlərlə döyüşməyə davam edir. Tayler özünü narkotikçiyə sübut etməyə cəhd edən Fərhad tərəfindən vurulması ilə ölümcül şəkildə yaralanır. Tayler özünü körpüdən aşağı atır və çaya düşür (yəqin ki, ölür). Muzdlu əsgər qrupu Ovini uğurla Hindistanın Mumbay şəhərinə çatdırır. Hadisələrdən 8 ay sonra Nik Xan, Əmiri yemək yediyi restoranın tualetində öldürərkən Ovi isə Tayleri düşünərək məktəbin hovuzuna girir, hovuzdan çıxdıqdan sonra bir adamın onu izlədiyini görür (Tayler ola bilər).
Stuntman işi və Kris Hemsvorzun performansı ilə təriflənmişdir. Hərəkətli və triller səhnələri ilə müsbət rəylər almışdır.
Son savaş zamanı Tayler Farhad tərəfindən boğazından vurulur və Tayler özünü körpüdən çaya atır. Yaşanmış hadisələrdən səkkiz ay sonra Amir yemək yediyi restoranın tualetində Nik tərəfindən öldürülür. Ovi isə Tayleri düşünərək hovuza girir, hovuzdan çıxdıqdan sonra bir adamın onu izlədiyini görür. Görüntü bulanıq olduğu üçün həmin adamın Tayler olub olmadığı tam dəqiq bilinmir. Filmin rejissoru Sam Harqreyv (ing. Digital Spy)-ə verdiyi reportajda Xilasetmə filmini davam etdirməkdən bəhs edir və bunun birbaşa ilk filmin davamı olmağının lazım olmadığını izah etdi. Sam Harqreyv yeni film üçün müəyyən vaxta ehtiyac olduğunu, tamaşaçıların reaksiyalarına görə fərqli vaxtda fərqli ssenari ilə filmin davam edəcəyini deyir.